UEFA Avropa Liqasının yarımfinal mərhələsinin püşkü atılıb
Bakı, 13 aprel, AZƏRTAC
Aprelin 13-də İsveçrənin Nyon şəhərində futbol üzrə UEFA Avropa Liqasının yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, püşk yarımfinala vəsiqə qazanan İngiltərənin “Arsenal”, Fransanın “Marsel”, İspaniyanın “Atletiko Madrid” və Avstriyanın “Zalsburq” komandaları arasında atılıb.
Püşkün nəticələrinə əsasən, “Marsel” klubu ilə “Zalsburq” komandası qarşılaşacaq. “Arsenal” komandası isə “Atletiko Madrid” klubuna rəqib olub.
Püşkatma mərasimində UEFA Avropa Liqasının kuboku bu turnirin final matçının səfiri, fransalı sabiq futbolçu Erik Abidala təqdim edilib.
UEFA Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyunları aprelin 26-da, cavab görüşləri mayın 3-də keçiriləcək. Final qarşılaşması isə mayın 16-da Lion şəhərində oynanılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [12:12]
UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub
- 02.10.2026 [12:07]
Elmar Baxşıyev: Milli komanda son iki oyunda hamının fikrini dəyişə bilər
- 02.10.2026 [10:09]
Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib
- 02.10.2026 [10:03]
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün Belçika ilə qarşılaşacaq
- 02.10.2026 [09:50]
Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub - EKSKLÜZİV
- 01.10.2026 [22:55]
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır
Bu saata olan əsas xəbərlər
- [12:01]
"ADEX 2026" davam edir
- [11:23]
Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub
- 01.10.2026 [23:51]
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb
- 01.10.2026 [23:23]
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
- 01.10.2026 [23:18]