UEFA Çempionlar Liqası: “Real Madrid” və “Napoli” dörddəbir finala vəsiqə qazanıblar
Bakı, 16 mart, AZƏRTAC
UEFA Çempionlar Liqasında səkkizdəbir final mərhələsinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, son oyun günündə keçirilən iki qarşılaşma ilə dörddəbir finalın bütün iştirakçıları müəyyənləşib.
“Real Madrid” klubu “Liverpul”u qəbul edib. Oyunda Madrid təmsilçisi minimal hesablı qələbə qazanıb - 1:0. Komandalar arasında İngiltərədə keçirilən ilk matç “Real Madrid”in 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün digər matçında isə “Ayntraxt” (Frankfurt) klubu İtaliyada “Napoli”nin qonağı olub. Üstün oyun nümayiş etdirən Neapol təmsilçisi rəqibini üç cavabsız qolla məğlub edib - 3:0. Komandalar arasında ilk qarşılaşmada “Napoli” 2:0 hesablı qələbə qazanıb.
Beləliklə, “Real Madrid” və “Napoli” klubları növbəti mərhələyə vəsiqə qazanıblar.
Qeyd edək ki, daha əvvəl Almaniyanın “Bavariya”, Portuqaliyanın “Benfika”, İngiltərənin “Çelsi” və “Mançester Siti”, həmçinin İtaliyanın “Milan” və “İnter” komandaları dörddəbir finala yüksəliblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [12:39]
Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb
- 28.09.2026 [12:26]
Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var
- 28.09.2026 [12:18]
“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir
- 28.09.2026 [11:58]
Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək
- 28.09.2026 [11:00]
UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək
- 28.09.2026 [10:37]
Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb
- 28.09.2026 [10:22]
ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb
- 28.09.2026 [10:21]