UEFA daha iki kluba texniki məğlubiyyət verib
Bakı, 25 avqust, AZƏRTAC
UEFA Çempionlar Liqası və Avropa Liqasının təsnifat mərhələsinin oyunlarında daha iki texniki məğlubiyyət verib.
AZƏRTAC xəbər verir ki, Çempionlar Liqasının birinci təsnifat mərhələsində Farer adalarının “Klaksvik” klubu ilə oyuna çıxa bilməyən Slovakiyanın “Slovan” komandasına 0:3 hesablı məğlubiyyət verilib.
Slovakiya klubunun oyundan öncə bir futbolçu və fizioterapevtində COVID-19 aşkarlanmışdı. Bu səbəbdən oyun avqustun 21-nə təxirə salınmışdı. Oyuna əvəzedici heyətlə gələn Bratislava təmsilçisinin gənc oyunçularında da koronavirus tapıldığı üçün UEFA kluba texniki məğlubiyyət verib.
İkinci mərhələyə adlayan “Klaksvik” İsveçrənin “Yanq Boyz” klubuna rəqib olub.
Avropa Liqasının ilkin mərhələsində Kosovonun “Priştina” klubu texniki məğlubiyyət alıb. Komandanın Cəbəllütariqin “Linkoln Red İmps” klubu ilə oyundan öncə 8 futbolçusunda koronavirus tapılmışdı. Bu səbəbdən UEFA kosovolulara texniki məğlubiyyət verib.
UEFA bundan əvvəl Çempionlar Liqasında Kosovonun digər təmsilçisi “Drita”ya texniki məğlubiyyət vermişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [19:51]
"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb
- 15.06.2026 [18:05]
Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb
- 15.06.2026 [17:27]
Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]
AFFA-nın baş katibi FIFA-nın sammitində
- 15.06.2026 [14:47]
Azərbaycanlı futbolçu Kipr klubuna keçib
- 15.06.2026 [14:29]