UEFA-nın Bakıda “Playmakers” layihəsi ilə bağlı seminara yekun vurulub
Bakı, 1 mart, AZƏRTAC
UEFA və “Disney” şirkətinin birgə əməkdaşlığı ilə 5-8 yaşlı qızlar üçün keçirilən “Playmakers” layihəsi ilə bağlı seminara yekun vurulub.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, iki gün davam edən seminarda məşqçi Namiq Cəfərov və sabiq referi Gülyana Özcan tərəfindən iştirakçılara layihənin məqsədi, keçirilmə formatı, layihə çərçivəsində uşaqlarla davranış qaydaları haqqında geniş məlumat verilib.
Seminar həm nəzəri, həm də praktiki hissədən ibarət olmaqla keçirilib.