Ukrayna KİV-ləri Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfərinə geniş yer ayırıb
Kiyev, 4 sentyabr, AZƏRTAC
Ukraynanın nüfuzlu KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya işgüzar səfəri, Çernobbio şəhərində beynəlxalq forumdakı çıxışına, İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsinə geniş yer ayırıb.
AZƏRTAC xəbər verir ki, “RBK-Ukrayna”, “Korrespondent” “Ças Pik” və digər xəbər portallarında dərc olunan məqalələrdə Prezident İlham Əliyevin Çernobbio forumunda çıxışı zamanı Azərbaycanın Avropanın enerji bazarına verdiyi töhfələrinə dair fikirləri yer alıb.
Məqalələrdə, həmçinin Prezident İlham Əliyevin Azərbaycanın Ermənistanla sülh sazişinin imzalanması istiqamətində söylədiyi fikirlər vurğulanıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev