Azərbaycan Dövlət İnformasiya Agentliyi

UKRAYNA PREZİDENTİ VİKTOR YUŞŞENKONUN BƏYANATI

- Hörmətli xanımlar və cənablar!

Hörmətli prezidentlər!

Bu gün bizim üçün mühüm gün idi. Bu gün həmkarlarım üçün, mənim üçün, ölkələrimiz üçün xüsusi bir gündür. Doqquz il əvvəl fikrimizdə tutulanı, əslində, bu gün həyata keçirməyə müvəffəq olduq. Biz - Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna prezidentləri beynəlxalq hüququn norma və prinsiplərini, GUAM-ın Yalta Xartiyasının və Kişinyov Bəyannaməsinin müddəalarını rəhbər tutaraq, bu gün, 2006-cı il mayın 23-də Demokratiya və İqtisadi İnkişaf Uğrunda təşkilat – GUAM yaradılması haqqında Bəyannaməni və onun Nizamnaməsini imzaladıq. Bildiyiniz kimi, təşkilatın Katibliyi Kiyevdə yerləşəcəkdir.

Təşkilatımızın adının özü bəyan edir və göstərir ki, onun ümdə məqsədləri demokratiya, təhlükəsizlik, sabit iqtisadi, humanitar və sosial inkişaf, Avrointeqrasiya və Avratlantik inteqrasiyası üçün regional məkan yaratmaqdan ibarətdir.

Bizi ümumi dəyərlər, ümumi məqsədlər, birləşmiş Avropada layiqli yer tutmaq niyyəti birləşdirir. Mən qəti əminəm ki, regionumuzun çox böyük potensialı var və müasir Avropada ən perspektivli regionlardan biri olacaqdır. Bu, təkcə energetika, nəqliyyat layihələrinə deyil, əminəm ki, təhlükəsizlik sahəsində layihələrə də aiddir.

Bu gün biz forumumuzun, birliyimizin təşkilata çevrildiyini təsdiqlədik. Qeyd etmək bəlkə də vacibdir ki, 1997-ci ildə dörd ölkənin konstitusiya forumu yaratmaq təşəbbüsü elan olunmuşdu, 2001-ci ildə o, birliyə çevrildi və artıq bu gün biz beynəlxalq təşkilatın yaradılmasının formal bünövrəsini qoyduq.

Zənnimcə, bu gün GUAM təşkilatının fəaliyyətindən danışarkən demək lazımdır ki, bu, heç də təkcə prezidentlər, hökumətlər, müvafiq idarələr səviyyəsində əməkdaşlıq deyildir. Bu gün vurğulamaq vacibdir ki, Parlament Assambleyası fəaliyyət göstərir. Düşünürəm ki, burada böyük perspektivlər və yaxşı tərəqqi olacaqdır. Qeyd etmək eyni dərəcədə vacibdir ki, biznes sahəsində işgüzar səyləri birləşdirən İşgüzar Şura işləyir. Qeyd etmək vacibdir ki, keçən il siyasi baxımdan çox dinamik olmuşdur. Diplomatiya xətti üzrə fəal əlaqələr təşkil edilmişdir. Bu əlaqələr ona gətirib çıxarmışdır ki, indi təhlükəsizlik sahəsini, sərhəd xidmətini, gömrüyü, ticarətin təşkilini və bir sıra digər sahələri tənzimləyən 20-dək dövlətlərarası saziş var.

Əlbəttə, bugünkü zirvə görüşündə diskussiyaların əsas məqamları iqtisadiyyat, energetika, hüquq mühafizə, sərhəd və gömrük sahələrinə aid layihələr olmuşdur. Biz tranzit potensialından səmərəli istifadə edilməsinin zəruriliyindən danışdıq. Bu sahədə layihələr çoxdur və biz onları konkret məsələlərdə müfəssəl xarakterizə edə bilərdik. Bu məqsədlərə çatmaq üçün bugünkü zirvə görüşü çərçivəsində müvafiq nazirliklər və xidmətlər tərəfindən bir sıra mühüm sənədlər imzalanmışdır. Mən bu sırada Azad ticarət zonası yaradılması haqqında sazişin həyata keçirilməsinə dair protokolun imzalanmasını xüsusi vurğulamaq istərdim. Biz bu sazişə doğru kifayət qədər uzun müddət irəliləmişik. Ancaq indi sizə bəyan etməyə imkanımız var ki, Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna arasında azad ticarət zonası yaradılmışdır. Beləliklə, bu gündən etibarən biz malların, xidmətlərin, işçi qüvvəsinin və kapitalın hərəkəti sahəsində münasibətlərimizin liberallaşdırılmasından formal olaraq danışa bilərik. Əminəm ki, birgə işin növbəti mərhələsi sərhəd, gömrük xidmətlərinin eyniləşdirilməsi sahəsində münasibətlərimizin təşkilindən ibarət olacaqdır. Artıq belə təcrübələr aparılır. Məsələn, artıq bizimlə Moldova arasında bir gömrükxana işləyir. Bir neçə gün əvvəl Vladimir Nikolayeviç Voroninlə belə razılığa gəldik ki, Ukrayna və Moldovanın bütün gömrükxanaları birgə fəaliyyətin analoji prinsipi üzrə işləyəcəkdir. Müvafiq cədvəl yaradılacaq və o, bu iş rejimini eyniləşdirməyə, sərhəddə, gömrük xidmətində qayda-qanun yaratmağa və əslində, müştərilərə xidmətin elektron rejiminə keçməyə imkan verəcəkdir.

Şübhəsız, hələ çox işlər, o cümlədən boru kəmərlərində, dəmir yolunda, avtomobil nəqliyyatında və digər nəqliyyat növlərində tarif siyasətinin uyğunlaşdırılması məsələləri var. Bu işimiz hələ irəlidədir, lakin bu gün deyə bilərəm ki, dörd prezident bu məsələni də hökümətlərin iştirakı ilə həll etmək əzmindədir. Bu, əslində, Avropaya tam inteqrasiya etmək yoludur. Biz bu yolla qətiyyətlə gedəcəyik.

Ayrıca vurğulamaq istərdim ki, zirvə görüşündə və ikitərəfli danışıqlarda beynəlxalq terrorizm, separatizm, ekstremizm ilə və transmilli mütəşəkkil cinayətkarlıqla bağlı məsələlər nəzərdən keçirilmişdir. Bəri başdan demək istərdim ki, biz bütün bu hədələri demokratik islahatlar və iqtisadi inkişaf yolunda başlıca əngəl hesab edirik. Biz bu əngəllərin aradan qaldırılması işində birgə səylərin artırılmasına tərəfdar çıxdıq, habelə bu istiqamədə Avropa İttifaqı ilə, Birləşmiş Ştatlarla səmərəli və konstruktiv qarşılıqlı fəaliyyətə hazır olduğumuzu təsdiq etdik. Mən şadam ki, bu baxımdan, iştirakçılar arasında tam qarşılıqlı anlaşma var.

Düşünürəm ki, təhlükəsizlik sahəsində GUAM üzvü olan ölkələrin səylərinin əlaqələndirilməsi üçün mayın 19-da GUAM-ın terrorizmlə, mütəşəkkil cinayətkarlıq və narkotiklərin yayılması ilə mübarizə Mərkəzinin Ukrayna seqmentinin açılmasının böyük əhəmiyyəti var. Bu, artıq yaradılmış nadir, geniş məlumat bazası olan kifayət qədər səmərəli mərkəzdir. Praktik olaraq 4 ölkənin əməliyyat xidmətləri real vaxt rejimində işləyə bilər. Düşünürəm ki, bu, çox mühüm layihədir və biz onun vasitəsilə bu sahədə qarşılıqlı fəaliyyətə başlayırıq.

İndi GUAM yeni keyfiyyətlər kəsb etmiş və qarşısına mürəkkəb, lakin, şübhəsiz, tamamilə yerinə yetirilə bilən vəzifələr qoymuşdur. Bildirmək istəyirəm ki, əvvələr olduğu kimi, təşkilatımız yenə də onun prinsip və məqsədlərinə şərik çıxan bütün ölkələr və təşkilatlarla əməkdaşlıq üçün açıqdır. Ali qonaqların iştirakı da bu cür əməkdaşlığın perspektivlərindən xəbər verir. Burada olduqlarına görə onlara çox minnətdarıq. Bugünkü zirvə görüşündə nümayiş etdirilən konstruktiv mövqeyə və gündəliyin bütün məsələləri üzrə fəal dialoqa görə həmkarlarıma, prezident dostlarıma bir daha təşəkkürümü bildirmək istərdim.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir