Ukraynada təyyarənin qəza enişi nəticəsində ölənlərin sayı beş nəfərə çatıb VİDEO
Bakı, 4 oktyabr, AZƏRTAC
An-12 tipli yük təyyarəsinin Lvov yaxınlığında beynəlxalq aeroportun uçuş-eniş zolağından 1,5 kilometr məsafədə qəza enişi etməsi nəticəsində həlak olanların sayı beş nəfərə çatıb.
AZƏRTAC Ukrinform agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumatı Ukraynanın İnfrastruktur naziri Vladislav Krikli özünün “Facebook” səhifəsində yerləşdirib. Həmçinin qəza nəticəsində xəsarət alan üç nəfər təcili olaraq xəstəxanalara çatdırılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.
“Ukraina-Aeroalyans” aviakompaniyasına məxsus An-12 İspaniyanın Viqo şəhərindən havaya qalxaraq İstanbula uçurdu və Lvov aeroportunda yanacaq doldurmalı idi. Lakin təyyarə aeroporta çata bilməyib, yanacağın tükənməsi səbəbindən qəza enişi edib. İnsident zamanı təyyarənin göyərtəsində yeddi ekipaj üzvü və yükləri müşayiət edən bir nəfər olub. Təyyarə 51 ildir istismar edilirdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]