Ukraynadakı Zərifə Əliyeva adına orta məktəbin müəllim heyəti Naxçıvana səfər edəcək
Kiyev, 4 aprel, AZƏRTAC
Ukraynanın İrpen şəhərindəki Zərifə Əliyeva adına 12 saylı orta məktəbin müəllim heyəti aprelin 28-dən mayın 2-dək Naxçıvan Muxtar Respublikasında səfərdə olacaq.
Bu barədə AZƏRTAC-a məktəbin direktoru Valentina Antonenko məlumat verib. Bildirib ki, səfər Naxçıvan MR-in Ali Məclisinin sədri Vasif Talıbovun dəvəti ilə gerçəkləşəcək.
Səfər çərçivəsində ukraynalı qonaqlar Kəngərli rayonunda akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd orta məktəbində olacaq, muxtar respublikanın bir sıra təhsil müəssisələrinə baş çəkəcəklər.
Qeyd edək ki, İrpen şəhərindəki Zərifə Əliyeva adına 12 saylı orta məktəbin müəllim heyəti 2010-cu ildə də Naxçıvanda səfərdə olublar.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Tramp İsrail və İran arasındakı gərginlik barədə məlumatlandırılıb
- 07.06.2026 [23:50]
İran yenidən İsrailə hava zərbələri endirib
- 07.06.2026 [23:47]
Əziz Yıldırım 8 ildən sonra yenidən “Fənərbağça”nın prezidenti seçilib
- 07.06.2026 [23:18]
Gürcüstanda baş verən qəzada 5 nəfər həyatını itirib
- 07.06.2026 [23:04]
Azərbaycan parataekvondoçusundan Almaniyada növbəti qızıl medal
- 07.06.2026 [21:49]
Sami Yusuf Mərakeşdə azərbaycanlı musiqiçilərlə eyni səhnəni bölüşüb
- 07.06.2026 [21:36]
Azərbaycanın qadın cüdoçuları Avropa Açıq Turnirini 3 medalla bitirib
- 07.06.2026 [21:29]
SOCAR-ın minifutbol komandası Dünya Korporativ Oyunlarının qalibi olub
- 07.06.2026 [21:23]