SİYASƏT
Ukraynalı deputat: Prezident İlham Əliyev Vətən müharibəsində qazandığı Qələbə ilə Lider kimi adını tarixə əbədi yazdı
![Ukraynalı deputat: Prezident İlham Əliyev Vətən müharibəsində qazandığı Qələbə ilə Lider kimi adını tarixə əbədi yazdı](/files/2021/3/1200x630/16402583742073234903_1200x630.jpg)
Kiyev, 23 dekabr, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyev zəngin savada malik və müdrik dövlət xadimidir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Ukrayna-Azərbaycan Parlamentlərarası dostluq qrupunun həmsədri Valeriy Kolyux deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan kifayət qədər inkişaf edib, iqtisadi tərəqqi, mədəni inkişaf və milli birlik əldə olunub.
“Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində qazandığı Qələbə ilə Lider kimi adını tarixə əbədi yazdı. Prezident İlham Əliyevin siyasəti bir çox ölkələr üçün nümunədir. Bu siyasət strateji təfəkkürə, vətənpərvərliyə və Azərbaycan xalqına qayğıya əsaslanır”, - deyə deputat əlavə edib.
Valeriy Kolyux vurğulayıb ki, Azərbaycan ilə Ukraynanın strateji tərəfdaş olmasında Prezident İlham Əliyevin müstəsna xidmətləri var. Bu gün iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq uğurla inkişaf edir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev