Ulu Öndərin 100 illiyi münasibətilə “Nə? Harada? Nə zaman?” klubunun oyunu keçirilib
Bakı, 15 may, AZƏRTAC
Bakıdakı Rus evində (RİMM) “Nə? Harada? Nə zaman?” klubunun Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş intellektual oyunu keçirilib.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iştirakçılar Heydər Əliyevin həyatı və onun Azərbaycanın və Azərbaycan-Rusiya əlaqələrinin inkişafına verdiyi töhfə barədə suallara cavab veriblər.
Gərgin şəraitdə keçən oyunda “Veritas” komandası qalib gəlib. Qaliblərə və iştirakçılara xatirə hədiyyələri təqdim olunub.
Xatırladaq ki, “Nə? Harada? Nə zaman?” klubunun oyunları hər bazar günü saat 11.00-da Bakıdakı Rus evində keçirilir.