ULU ÖNDƏRİN ABİDƏSİNİ ZİYARƏT
AZƏRTAC-ın müxbiri xəbər verir ki, sentyabrın 24-də Prezident İlham Əliyev Tovuz şəhərinin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstəsi qoymuşdur.
Dövlətimizin başçısına bu ərazidə, habelə rayonda görülən quruculuq-abadlıq işləri barədə məlumat verildi.
######
