Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ülvi Quliyev: Verilən ismarıclar və müəyyən olunan prioritetlər

Ülvi Quliyev: Verilən ismarıclar və müəyyən olunan prioritetlər

Bakı, 3 fevral, AZƏRTAC

Milli Məclisin deputatı Ülvi Quliyev Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində toxunduğu məsələlərlə bağlı AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

-Prezident İlham Əliyev fevralın 1-də Azərbaycan Televiziyasına müsahibə verdi. Sirr deyil ki, əksər hallarda dövlət başçıları bu cür müsahibələrdə cəmiyyətə və xarici auditoriyaya zəruri hesab etdikləri icmarıclarını verirlər. Prezidentin cəmiyyətimizə çatdırmaq istədiyi ismarıclar nədən ibarət idi?

-Əvvəla, gəlin ondan başlayaq ki, həmin müsahibə verildiyi gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Abşeron və Yasamal rayonlarında bir sıra sosial obyektlərin, o cümlədən Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa olunan binasının açılışında iştirak etdilər. Bununla cəmiyyətimizə verilən ilk ismarıc ondan ibarət oldu ki, müharibədən sonra həyat dinc axarına qayıdır və Qələbənin doğurduğu yeni reallıqda da sosialyönümlü layihələr dövlətimiz üçün prioritet təşkil edir. Bu, region ölkələrinə, ilk növbədə, Ermənistana da ünvanlanan sivil davranış nümunəsidir. Tarixən belə olub ki, müharibədən sonra əksər dövlətlərin bu cür sosial layihələrə başlaması uzun illər tələb edib. Dövlətimizin başçısı əyani şəkildə nümayiş etdirdi ki, Vətən müharibəsi və COVID-19 pandemiyası ilə bağlı böyük maliyyə məsrəflərinə baxmayaraq, ölkəmizin iqtisadi dayaqları kifayət qədər möhkəmdir və sosial layihələrə başlamaq üçün uzun zamana ehtiyac hiss etmir. Məlumdur ki, sosial layihələrin mərkəzində insan amili, vətəndaşa xidmət məramı dayanır. Verilən ismarıc həm də o deməkdir ki, yeni mərhələdə də məhz bu məram hakimiyyət üçün öncüllük təşkil edəcək. Yeri gəlmişkən, o da təsadüfi deyil ki, Prezidentin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında 2 fevral tarixli Sərəncamı daha qüdrətli dövlət və yüksək rifah cəmiyyətinin qurulmasını hədəfləyir.

Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində yer alan icmarıclar da konkret və ünvanlıdır. Bunların arasında cəmiyyətimizin məlumatlandırılması və istiqamətləndirilməsi ilə bağlı olanlar da var, beynəlxalq münasibətlərin xarici subyektlərinə ünvanlananlar da. Cəmiyyətimizə çatdırıldı ki, vətəndaşların həyat və sağlamlığı, gənc nəslin təhsili ilə bağlı məsələlər hökumətin əsas vəzifələri siyahısında bundan sonra da öndə olacaq. Təəssüf hissi ilə o da bildirildi ki, bəzən səhiyyə və sağlamlıq kimi həssas məsələlərdə belə, dünya miqyasında ikili standartlara, ayrı-seçkiliyə yol verilir. Bu, xüsusən COVID-19-la mübarizə və müalicə sahəsinə aiddir. Prezident İlham Əliyev bu sahədə haqq və ədalət məsələsini xüsusi olaraq qabartdı:  “Əgər inkişaf etmiş ölkələr bu vaksinləri öz aralarında ədalətli bölə bilmirlərsə və qarşılıqlı ittihamlar irəli sürürlərsə, onda başqa ölkələr nə fikirləşməlidir? Kasıb ölkələr, inkişafda olan ölkələrin vətəndaşları, bəs onlara kim kömək göstərəcək? Bu haqda düşünülmür? Mən inkişaf etmiş bir çox ölkələrin liderlərindən bu günə qədər bu çağırışları eşitməmişəm”. Dövlətimizin başçısı həmin fikirləri bildirməklə dünyada bu sahədə hökm sürən ədalətsizliyə qarşı öz etirazını ictimai şəkildə ifadə etdi, eyni zamanda, dünya birliyini həmrəyliyə çağırdı. Cəmiyyət olaraq bizlər üçün bu çağırış, əslində o deməkdir ki, 30 ilə yaxın müddətdə danışıqlar masasında gördüyümüz haqsızlığı və ikiüzlü oyunları öz gücümüzlə dəf etməsəydik, ikili standartlarla daha çox üzləşməli və daha ağır mənəvi iztirablar çəkməli olacaqdıq. Bu cür haqsızlıqların və ədalətsizliyin qarşısında duruş gətirə bilməyimiz üçün isə milli prioritetlərimizlə bağlı Prezidentin Sərəncamında qeyd olunduğu kimi, hədəfimiz daha qüdrətli dövlət qurmaqdır.

-Yeri gəlmişkən, milli prioritetlərlə bağlı Sərəncamda nailiyyətlərin qazanılmasında və qarşıda duran vəzifələrin uğurla həyata keçirilməsində islahatların rolu xüsusi qeyd edilir. Bununla bağlı fikrini bilmək istərdik.

-Hər birimiz şahidiyik ki, ölkəmizdə islahatlar xeyli vaxtdır həyata keçirilir və bu islahatların uğurlu nəticələrini də görürük. Məqsədyönlü sosial-iqtisadi islahatlar iqtisadiyyatımızın güclənməsini və müasirləşməsini təmin edib. Bu islahatlar hesabına ölkəmizin sosial-iqtisadi potensialı artıb. Eyni zamanda, ölkəmizdə ciddi struktur islahatları həyata keçirilir. Bütün bunlar sistemli islahat konsepsiyasının tərkib hissəsidir. Elə bu səbəbdən, milli prioritetlərimizlə bağlı Sərəncamda da qeyd olunur ki, “Müstəqil və suveren Azərbaycan dövləti postpandemiya və postmünaqişə dövründə keyfiyyətcə yeni olan və 2021-2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olur. Ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən yeni strateji dövrdə dərin struktur-institusional islahatlar hesabına yüksək iqtisadi artım mənbələrinin tapılması vasitəsilə Azərbaycan dövlətinin qüdrətinin daha da artırılması, yüksək rifah cəmiyyətinin qurulması, azad edilmiş bölgələrə tarixi qayıdış və əbədi məskunlaşma təmin edilməlidir”. Sistemli və davamlı islahatların qarşıdakı illərdə yeni imkanlar yaradacağına əminik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Müstəqilliyin Bərpası Günü: Tarixi qərar, milli iradə və dövlətçilik məsuliyyəti - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Sankt-Peterburqda dron hücumundan sonra baş verən yanğınlar söndürülür

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq