Ümumdünya Ticarət Təşkilatının rəhbəri vaxtından əvvəl istefa verib
Cenevrə, 15 may, AZƏRTAC
Ümumdünya Ticarət Təşkilatının (ÜTT) rəhbəri Roberto Azevedo səlahiyyət müddətinin bitməsinə bir il qalmış tutduğu vəzifədən istefa verib.
AZƏRTAC xəbər verir ki, yeddi ildən bəri beynəlxalq təşkilata rəhbərlik edən braziliyalı rəhbər avqustun 31-də öz postunu tərk edəcək. O, mayın 14-də təşkilata üzv ölkələrin Cenevrədəki təmsilçilərini bu barədə məlumatlandırıb. Ailəvi səbəblərdən istefa verməli olduğunu bildirən R. Azevedo bu addımının benyəlxalq təşkilatın maraqlarına da uyğun olduğuna əminlik ifadə edib.
Qeyd edək , ÜTT öz tarixinin ən dərin böhranlarından birini yaşayır. ABŞ uzun müddətdən bəri təşkilatın əsas orqanı olan Mübahisələrin Həlli Sisteminə yeni ekspertlərin təyin olunmasını əngəlləyir. Bununla da qurumun ən mühüm arbitraj instansiyası ötən ilin dekabr ayından qeyri-işlək vəziyyətə düşüb. ABŞ beynəlxalq təşkilatda əsaslı islahatların aparılmasını tələb etsə də, 164 üzv ölkənin əksəriyyətinin dəstəklədiyi təkliflər paketinə indiyədək reaksiya verməyib.
Eyni zamanda, ABŞ və Çin arasında qarşılıqlı ticarət sanksiyaları, koronavirus pandemiyası ilə əlaqədar beynəlxalq ticarət əlaqələrinin zəifləməsi təşkilatdaxili vəziyyətə mənfi təsir göstərir.
R. Azevedo tutduğu vəzifəni tərk etdikdən sonra siyasi karyera ilə məşğul olmayacağını da bildirib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]