Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş ağacəkmə aksiyası təşkil olunub
Bakı, 15 may, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Energetika, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Müşfiqabad qəsəbəsində təşkil olunan aksiyada energetika nazirinin müavini Orxan Zeynalov, ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə, nazir müavini Vüqar Kərimov, həmçinin sözügedən qurumların kollektivi və ekokönüllülər iştirak edib.
Ağacəkmə aksiyasında Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun olaraq 200 ədəd eldar şamı və zeytun ağacları əkilib.
Aksiyanın keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad etmək, onun ətraf mühitin mühafizəsinə verdiyi önəmi ön plana çəkmək və yaşıllıq sahələrinin genişləndirilməsinə dəstək olmaqdır.