RƏSMİ XRONİKA
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN MƏZARINI ZİYARƏT
AZƏRTAC xəbər verir ki, Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezər aprelin 4-də Fəxri xiyabana gəlmişdir.
Burada ali qonağı və onu müşayiət edən şəxsləri Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və digər rəsmi şəxslər qarşıladılar.
Prezident Əhməd Necdət Sezər türk dünyasının görkəmli oğlu Heydər Əliyevin məzarını ziyarət etdi, ümummilli liderimizin xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoydu.
Türkiyənin dövlət başçısı və onun xanımı Səmra Sezər görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad edərək, məzarı üzərinə gül-çiçək düzdülər.