ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN VƏ ŞƏHİDLƏRİN XATİRƏSİNƏ EHTİRAM
AZƏRTAC xəbər verir ki, ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Muxu Əliyev iyunun 26-da Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.
Hörmətli qonaq görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül dəstələri düzmüşdür.
X X X
Sonra Dağıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət etmiş, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının məzarları üstünə gül düzmüş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşdur.
Qonaq paytaxtın yüksək nöqtəsindən Bakının mənzərəsini seyr etmişdir.
######
![]() |
![]() |
![]() |


