ELM VƏ TƏHSİL
ÜMUMTƏHSİL SAHƏSİNDƏ 12 PROQRAM HAZIRLANMIŞDIR
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, ümumtəhsil sahəsində, ümumilikdə, 12 proqram hazırlanmışdır.
Onların 8-i - “Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblərin əsaslı təmiri və müasir tədris avadanlığı ilə təmin olunmasına dair Proqram (2003-2007-ci illər)”, “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin avadanlıqla təmin olunmasına dair İnkişaf Proqramı” (2005-2009-cu illər), “Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili ilə əlaqədar İnkişaf Proqramı” (2005-2009-cu illər) və s. uğurla həyata keçirilir.