UN-Habitat-ın nümayəndəsi: Azərbaycan şəhərsalma sahəsində mühüm rola malik ola bilər
Bakı, 18 may, AZƏRTAC
Ümumdünya Şəhərsalma Forumu ölkələrin bir araya gəlməsi və təcrübələrini bölüşməsi üçün vacib platformadır.
Bu barədə AZƏRTAC-a Birləşmiş Millətlər Təşkilatının İnsan Məskunlaşması Proqramının (UN-Habitat) nümayəndəsi Naomi Huqenvorst Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası(WUF13) çərçivəsində bildirib.
Onun sözlərinə görə, WUF13-də milli hökumətlər, bələdiyyə rəhbərləri, tədqiqatçılar və özəl sektor nümayəndələri mövcud şəhər problemlərinin həlli yollarını müzakirə etmək üçün bir araya gəlirlər.
Naomi Huqenvorst vurğulayıb ki, Azərbaycan şəhər inkişafı və urbanizasiyanın idarə olunmasında mühüm rol oynaya bilər.
“Bakıda və digər şəhərlərdə təcrübə mübadiləsi aparmaq və infrastrukturu inkişaf etdirmək vacibdir. Məqsəd dayanıqlı şəhər inkişafını gücləndirməkdir”, - deyə o qeyd edib.
Müəllif - Tamilla Məmmədova
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.05.2026 [13:02]
Rut Nquqi: WUF13-də bir neçə təşkilatla səmərəli fikir mübadiləsi apardıq
- 18.05.2026 [12:54]
Qreys Çikumo Mtonqo: Şəhərlər daha dayanıqlı və inklüziv olmalıdır
- 18.05.2026 [12:51]