WUF13-ün hindistanlı iştirakçısı: Şəhərlərin inklüziv və dayanıqlı inkişafı təcili xarakter daşıyır
Bakı, 18 may, AZƏRTAC
İnklüzivlik, qadınların təmsilçiliyi və onların liderliyi kimi məsələlər uzun illər müzakirə olunsa da, artıq real nəticələrin əldə edilməsi vacibdir.
Bunu AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən hindistanlı Kalpana Visvanavat bildirib.
O deyib ki, bu mövzular üzrə illərdir yerli icmalarda çalışan mütəxəssislər eyni çağırışları səsləndirirlər, qadınlar isə artıq yalnız müzakirə deyil, konkret dəyişikliklərin həyata keçirilməsini gözləyirlər.
Kalpana Visvanavat, həmçinin vurğulayıb ki, iqlim böhranı şəhərlərə birbaşa təsir göstərir. Bu səbəbdən şəhərlərin inklüziv və dayanıqlı inkişafı təcili xarakter daşıyır. “Münaqişələr insanların həyatına, kommunikasiya və nəqliyyata ciddi təsir göstərir, xüsusilə qadınlar bu təsirləri daha çox hiss edirlər", - deyə o diqqətə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.05.2026 [13:37]
Prezident İlham Əliyev: Azərbaycanda şəhərsalmanın inkişafı sürətlə gedir
- 18.05.2026 [13:25]
Azərbaycan Prezidenti: Ziyarətçilər Ağdamı Xirosimaya bənzədirlər
- 18.05.2026 [13:19]