Sabah yağış yağacaq, bəzi yerlərdə duman olacaq
Bakı, 18 may, AZƏRTAC
Azərbaycanda mayın 19-na gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında gün ərzində fasilələrlə yağış yağacağı proqnozlaşdırılır. Gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman müşahidə ediləcək. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 15-18, gündüz 19-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 751 millimetr civə sütunundan 755 civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman müşahidə ediləcək. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-18, gündüz 20-25, dağlarda gecə 5-10, gündüz 12-17, bəzi yerlərdə 20-24 dərəcə isti olacaq.
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-12, gündüz 20-25 dərəcə isti təşkil edəcək.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy, Göygöldə bəzi yerlərdə havanın arabir yağıntılı olacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman müşahidə ediləcək. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 12-17, bəzi yerlərdə 22-24 dərəcə isti olacağı gözlənilir.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda havanın bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 12-17, bəzi yerlərdə 20-22 dərəcə isti olacağı proqnozlaşdırılır.
Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda bəzi yerlərdə havanın arabir yağıntılı olacağı bildirilir. Ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman müşahidə ediləcək. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-14, gündüz 19-24 dərəcə isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi, bəzi şərq rayonlarında yağıntıların güclü olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 8-13, gündüz 17-22, dağlarda gecə 2-6, gündüz 6-10 dərəcə isti olacağı bildirilir.
Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada bəzi yerlərdə arabir yağış yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşam əksər rayonlarda tədricən kəsiləcək. Arabir duman müşahidə ediləcək. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-18, gündüz 20-25 dərəcə isti təşkil edəcək.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman müşahidə ediləcək. Şimal-şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-16, gündüz 17-22, dağlarda gecə 12-15, gündüz 15-18 dərəcə isti olacaq.