Rut Nquqi: WUF13-də bir neçə təşkilatla səmərəli fikir mübadiləsi apardıq
Bakı, 18 may, AZƏRTAC
WUF13 yeni tərəfdaşlıqlar qurmaq, öz təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşmək üçün əla platformadır.
Bunu AZƏRTAC-a açıqlaması zamanı Keniyanın Kelele Gənclər QHT-sinin nümayəndəsi Rut Nquqi deyib.
Onun sözlərinə görə, təşkilatları insanları iqlim dəyişikliyi və qadınların səlahiyyətlərinin artırılması sahələrində maarifləndirməklə məşğuldur.
“Bu mənim WUF-da ilk iştirakımdır və burada olmaqdan çox məmnunam. Artıq tədbir çərçivəsində bir neçə təşkilatla səmərəli fikir mübadiləsi apardıq. Zənnimcə, qadınların hər sahədə , o cümlədən şəhərsalmada səlahiyyətləri artırılmalıdır. Çünki biz lazımi həlləri tapmaq üçün töhfəmizi verə bilərik. Bizi burada qonaq etdiyinə və öz təcrübələrimizi bölüşməyə şərait yaratdığına görə, Azərbaycan hökumətinə təşəkkür etmək istərdim. Bu bizim üçün çox vacibdir, çünki ölkəmiz mənzil və maliyyə vəsaitləri çatışmazlığından əziyyət çəkir. Burada digər ölkələrin də təcrübəsini öyrənmək bizim üçün önəmlidir”, - deyə Rut Nquqi əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.05.2026 [13:37]
Prezident İlham Əliyev: Azərbaycanda şəhərsalmanın inkişafı sürətlə gedir
- 18.05.2026 [13:25]