UNEC-in Dərbənd filialı regionda iqtisadçı kadrların hazırlanmasında mühüm rol oynayır
Bakı, 2 may, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dərbənd filialı regionda iqtisadçı kadrların hazırlanmasında mühüm rol oynayır.
Bu fikir UNEC-in Dərbənd filialında “Qloballaşma şəraitində regionların sosial-iqtisadi inkişafının perspektivləri və problemləri” mövzusunda keçirilən universitetlərarası elmi-praktik konfransda səsləndirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, konfransda Dərbənd filialının direktoru Təranə Abbasova rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti barədə məlumat verib.
Sonra maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov “Valyuta bazarı və Azərbaycanın pul-kredit siyasəti” mövzusunda məruzə ilə çıxış edib.
Konfransda regionun sosial-iqtisadi inkişafı ilə bağlı mühazirələr dinlənilib.
Sonda məruzəçilərə diplomlar təqdim olunub.