UNESCO: Azərbaycan Milli Komissiyası 8-ci regionlararası iclasda təmsil olunub
Paris, 8 noyabr, AZƏRTAC
Paris şəhərində UNESCO-nun mənzil qərargahında qurumun Baş Konfransının 41-ci sessiyasından əvvəl UNESCO üzrə milli komissiyaların 8-ci regionlararası iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, ölkəmizi Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının Baş katibi Seymur Fətəliyev və ikinci katib Eltay Aslanov təmsil ediblər.
İclasda noyabrın 9-da başlayacaq UNESCO Baş Konfransının əsas məqsədlərinin icrası ilə bağlı, eləcə də təşkilatın 75 illik yubileyi ilə əlaqədar milli komissiyalar tərəfindən görülmüş işlər və gələcək perspektivlər müzakirə olunub.
UNESCO milli komissiyaların 8-ci regionlararası iclasın bürosunun prezidenti vitse-prezidentləri seçilib. İclasda təhsilin gələcəyi, etika və süni intellekt, açıq elmlərin əhəmiyyəti, kommunikasiya və informasiya sahələrində mümkün yeni fəaliyyətlər müzakirə olunub.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris