UNİBANK VİSA İNTERNATİONAL-A ÜZV OLMUŞDUR
Bankdan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu qərar Visa İnternationalın İdarə heyətinin oktyabrın 9-da Londonda keçirilən növbəti iclasında qəbul edilmişdir. Dünya bazarındakı plastik kartların, təxminən 50 faizi Visa İnternational-ın payına düşür.
UniBankın onun üzvləri sırasına daxil olması VİSA-nın beynəlxalq plastik kartlar emissiyasını buraxmağa imkan verəcək, habelə yeni bank məhsullarının və texnologiyalarının layihələşdirilməsində mühüm rol oynayacaqdır. Bank müştərilərinə VİSA-nın 5 çeşiddə məhsulunu – VİSA GOLD, VİSA BUSİNESS, VİSA CLASSİK, VİSA ELEKTRON və VİSA İNTERNET kartlarını təklif etmək niyyətindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]