Uşaq hüquqlarının təmin edilməsinə dair təlim keçirilmişdir
Bakı, 20 noyabr (AZƏRTAC). Noyabrın 20-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində (AQUPDK) Bakı şəhərinin və ətraf rayonların, eləcə də Şuşa və Zəngilan rayonlarının nümayəndələri üçün təlim keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının, həmçinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların məsul şəxslərinin iştirak etdiyi tədbirdə təlim kurslarının əhəmiyyəti qeyd olunmuşdur.
Bildirilmişdir ki, Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın üzvü olan dövlət orqanları uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair fəaliyyət istiqamətləri üzrə illik hesabat hazırlayır və AQUPDK-ya təqdim edirlər. Həmin hesabat əsasında komissiya tərəfindən ölkədə uşaq hüquqlarının illik vəziyyəti qiymətləndirilir və müvafiq tövsiyələr verilir. Hesabat dövlət başçısının müvafiq Fərmanı ilə təsdiq olunmuş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti qaydası”na əsasən hazırlanır.
Dövlət nəzarətinin məqsədi uşaqların Azərbaycan Konstitusiyası və qanunları ilə müəyyən edilmiş hüquqlarının və mənafelərinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühitin yaradılması, uşaq hüquqlarının pozulmasına səbəb olan halların qarşısının alınmasıdır.
Tədbirdə uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair məlumat verilmiş, valideyn himayəsindən məhrum olmuş uşaqların ümumi uçota alınmasına dair təqdimat nümayiş olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]