UŞAQLARA VƏ YENİYETMƏLƏRƏ YOL HƏRƏKƏTİ QAYDALARI ÖYRƏDİLİR
Qazax Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, uşaqların və yeniyetmələrin asudə vaxtlarını səmərəli keçirmələri, yol hərəkəti qaydalarına mükəmməl yiyələnmələri üçün Kəmərli kəndində “Təhlükəsiz oyun” meydançası istifadəyə verilmişdir.
Yaxın vaxtlarda rayonun sərhədyanı Quşçu Ayrım və Xanlıqlar kəndlərində də belə meydançaların tikiləcəyi bildirilmişdir.