ÜST: Koronavirus Avropada yeni 700 min ölümə səbəb ola bilər
Paris, 23 noyabr, AZƏRTAC
Avropada COVID-19 pandemiyasının 5-ci dalğası Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) narahat etməyə başlayıb. ÜST koronavirusun Avropa qitəsində 700 000 əlavə ölümə səbəb olacağından və yaza qədər qoca qitədə virus qurbanlarının ümumi sayının 2,2 milyona çatacağı ilə bağlı xəbərdarlıq edib.
AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, 25 ölkədə xəstəxanalarda vəziyyətin son dərəcə gərgin olacağı gözlənilir. Avropanın 59 ölkəsindən 49-da reanimasiya şöbələrində gərgin vəziyyətin gələn ilin mart ayına qədər davam edəcəyi bildirilir.
ÜST bildirib ki, son günlər yoluxma sayının artmasını koronavirusun yoluxucu “delta” variantının yayılması, qeyri-kafi peyvənd əhatəsi və anti-COVID tədbirlərinin yumşaldılması ilə izah olunur. "Avropa və Mərkəzi Asiyada COVID-19 ilə bağlı vəziyyət çox ciddidir. Biz çətin qışla qarşı-qarşıyayıq", - deyə ÜST-nin Avropa Regional direktoru Hans Kluge hamını peyvənd vurdurmağa və maska taxmağa çağırıb. O, həmçinin gigiyena tədbirləri və məsafəyə riayət olunmasının vacibliyini də qeyd edib.
Xatırladaq ki, hazırda bölgədə 1,5 milyondan çox insan COVID-19 virusundan həyatını itirib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:03]
Konqoda Ebola virusuna yoluxanların sayı 808 nəfərə çatıb
- 16.06.2026 [11:59]
Moskva ilin əvvəlindən bəri ən kütləvi dron hücumuna məruz qalıb
- 16.06.2026 [11:53]
Özbəkistan 28 növ nadir mineralın sənaye istehsalını təşkil edəcək
- 16.06.2026 [11:47]
Media: Hörmüz boğazında gəmiçiliyin bərpası bir ay çəkə bilər
- 16.06.2026 [11:45]
Böyük Britaniya Rusiya əleyhinə sanksiyalar siyahısını genişləndirib
- 16.06.2026 [11:39]
Alimlər Fərat çayının qədim mənşəyini araşdırırlar
- 16.06.2026 [11:25]
Alimlər kosmosda həyat axtarışı üçün yeni metod hazırlayıblar
- 16.06.2026 [11:15]
Fransa Hörmüzdə minatəmizləmə əməliyyatlarına qoşula bilər
- 16.06.2026 [11:12]