Vatikan Roma Papası XII Piyin dövrünə aid gizli arxivləri açacaq
Roma, 6 mart, AZƏRTAC
Papa Fransisk İkinci Dünya müharibəsi dövründə Roma Papası olan XII Piylə bağlı olan arxivləri gələn il martın 2-də tədqiqatçılar üçün açacağını bəyan edib.
AZƏRTAC İtaliyanın “ilmessaggero.it” saytına istinadla xəbər verir ki, yəhudi təşkilatlarının nümayəndələri pontifik XII Piyi 6 milyon yəhudinin kütləvi şəkildə məhv edildiyi Holokost faciəsinə göz yummasına görə qınayırlar.
Buna cavab olaraq Vatikandan olan tərəfdarlar XII Piyin nasistlər tərəfindən işğal edilən Avropada katoliklər üçün vəziyyəti ağırlaşdırmamaqdan ötrü gizli kömək etdiyini bildirirlər.
“Kilsə tarixdən qorxmur, əksinə onu sevir”, - deyə Papa Frensisk Vatikan gizli arxivinin rəsmi şəxslərini qəbul edərkən söyləyib.
Qeyd edilib ki, ötən şənbə günü Roma Papası XII Piyin katolik kilsəsinə rəhbərlik etməsi üçün seçilməsinin 80 illiyi tamam olub. O, 1939-cu ildən 1958-ci ilədək Papa olub.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [12:26]
Körfəz ölkələrində neft hasilatı oktyabr ayına qədər bərpa oluna bilər
- 19.06.2026 [12:25]
Gürcüstan xəstəxanalarında koronavirus halları qeydə alınıb
- 19.06.2026 [12:11]
Luvr Muzeyində təhlükəsizlik sistemləri yenilənir
- 19.06.2026 [12:10]
İyunun 19-u Ümumdünya Uşaq Futbolu Günüdür
- 19.06.2026 [12:07]
Aİ liderləri Rusiya ilə danışıqlar məsələsində iki düşərgəyə bölünüblər
- 19.06.2026 [11:57]
Kamçatka sahillərində zəlzələ baş verib, sunami təhlükəsi elan olunub
- 19.06.2026 [11:37]
Tokioda ibtidai məktəbdə yanğın baş verib, xəsarət alanlar var
- 19.06.2026 [11:36]
Fransa və Türkiyə müdafiə sahəsində əməkdaşlığı genişləndirir
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]