VƏFA FƏTULLAYEVANIN XATİRƏSİ QEYD OLUNMUŞDUR
Mərasim iştirakçıları, əvvəlcə, aktrisanın yaradıcılığını əks etdirən fotostendlə tanış olmuşlar.
İttifaqın sədri, xalq artisti Azərpaşa Nemətov tədbiri açaraq bildirmişdir ki, Vəfa Fətullayeva 1945-ci ildə sənətkarlar - SSRİ xalq artisti Hökumə Qurbanovanın və görkəmli teatr rəssamı, xalq artisti Nüsrət Fətullayevin ailəsində dünyaya göz açmışdır. Bu səbəbdən onun səhnəyə gəlişini təsadüfi hesab etməyən A.Nemətov görkəmli aktrisanın həyat və yaradıcılığının bəzi məqamlarından danışmış, ömrünün sonunadək Akademik Milli Dram Teatrında çalışdığını, burada rəngarəng obrazlar yaratdığını vurğulamışdır.
Tədbirdə xalq artistləri, aktyorlar Fuad Poladov, Kamal Xudaverdiyev, Rasim Balayev, rejissor Ağakişi Kazımov, teatrşünas, professor, Məryəm Əlizadə və başqaları çıxış etmişlər.
V.Fətullayevanın istər Milli dram teatrının səhnəsində, istərsə də televiziya tamaşalarında yaratdığı parlaq obrazlardan danışan natiqlər onun aktrisa üçün çox vacib olan keyfiyyətlərini - rejissorla işləmək bacarığını, intizamlılığını, rolu özümləşdirmək qabiliyyətini, insan kimi paklığını və sadəliyini xüsusi diqqətə çatdırmışlar.
Mərasimdə aktrisanın ilk və son dəfə çəkildiyi “Firəngiz” televiziya filmində yaratdığı qadın obrazından da bəhs edilmiş, xatirəsinin daim yaşayacağı bildirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [20:02]
Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub
- 05.10.2026 [19:16]
İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb
- 05.10.2026 [19:10]
Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub
- 05.10.2026 [18:43]
“Yaradıcı Filmaton” layihəsi başa çatıb
- 05.10.2026 [18:14]
İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub
Dünya bazarında qızıl ucuzlaşıb
- [08:37]
Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub
- 05.10.2026 [23:42]
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
- 05.10.2026 [23:25]
Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb
- 05.10.2026 [23:06]
Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub
- 05.10.2026 [22:54]
Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib
- 05.10.2026 [22:41]
Tovuzda ata oğlunu bıçaqlayıb
- 05.10.2026 [22:26]
Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır
- 05.10.2026 [21:52]
Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib
- 05.10.2026 [21:12]
Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır
- 05.10.2026 [21:11]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [20:33]
Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub
- 05.10.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 05.10.2026 [20:00]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [19:49]
Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir
- 05.10.2026 [19:27]
İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb
- 05.10.2026 [19:16]
Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub
- 05.10.2026 [19:10]