Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vəli Qasımov: Yaşım artdıqca, daha da cavanlaşdığımı hiss edirəm - MÜSAHİBƏ

Vəli Qasımov: Yaşım artdıqca, daha da cavanlaşdığımı hiss edirəm -  MÜSAHİBƏ

Bakı, 4 oktyabr, AZƏRTAC

Bu gün Azərbaycan futbolunun 55 yaşı tamam olan canlı əfsanəsi, Şamaxı Regional Futbol Məktəbinin əlaqələndiricisi, Futbolun İnkişaf Fondunun Himayəçilər Şurasının üzvü Vəli Qasımov AZƏRTAC-a müsahibə verib.

Vəli bəy, sizi ad gününüz münasibətilə təbrik edir, uzun ömür, cansağlığı arzu edirəm. Bu gün kimlərdən təbrik almısınız?

- Təbriklər həddindən artıq çoxdur. Hətta çatdırıb hər birinə cavab verə bilmirəm. Həm zənglər, həm də mesajlar üst-üstə gəlir. Futbolçu dostlarımdan da təbrik almışam. Amma yəqin ki, günün sonuna kimi təbriklərin sayı daha da artacaq.

55 yaş sizin üçün nə deməkdir?

-55 yaş az deyil. Lakin əsas məsələ gəlib bu yaşa çatmaqdır. Özümü sağlam və gümrah hiss edirəm. Bu, hər şeydən vacibdir.

İki cür insan var: ad günü olmasına sevinənlər və ya yaş üstünə yaş gəldiyi üçün üzülənlər. Sizi hansı kateqoriyaya aid etmək olar?

- Yaşım artdıqca, daha da cavanlaşdığımı hiss edirəm. Ona görə də buna üzülmürəm. Yaşlanmaq bir tərəfdən yaxşıdır, digər tərəfdən isə yox. Çünki vaxt sürətlə gedir. Bir də görürsən ki, artıq qocalmısan. Bütün ad günlərim yaddaqalan keçib.

İndiyədək hamı kimi sizin də həyatınızda, yəqin ki, maraqlı hadisələr olub. Onlardan ən yaddaqalanını ad gününüzdə danışa bilərsiniz?

- Futbolçu kimi keçirdiyim hər bir oyun, vurduğum hər qol mənim üçün yaddaqalan olub.

İnsanlar ad günlərində hədiyyə almağı xoşlayırlar. Yubileyinizdə hansı hədiyyə daha ürəyinizcə olardı?

- Mənim üçün ən böyük hədiyyə ailəmlə, dostlarımla bir arada olmaqdır. Onlarla birlikdə yeni yaşımı qeyd etmək elə ən sevindirici haldır. Ümumi danışsam, deyə bilərəm ki, Azərbaycan futbolunu Avropa səviyyəsində görmək ən böyük arzum və istəyimdir.

Futbolçu karyeranızda bir çox klublarda oynamısınız. Onlardan hansı sizin üçün daha çox önəm kəsb edir?

- İspaniya klublarında keçirdiyim matçlar mənim üçün daha yaddaqalan olub. Orada olduqca maraqlı hadisələr yaşamışam. Kluba yeni keçəndə futbolçularla aramda olan dialoqlar hələ də yadımdadır. Oraya ilk dəfə gedəndə ispan dilini bilmirdim. Ona görə də futbolçular mənimlə zarafat edirdilər. Mən isə onların zarafatlarını anlamırdım. Çünki ispanların zarafat anlayışına yad idim. Amma sonradan başa düşdüm ki, zarafatlaşmaq İspaniyada normal haldır. Hamı bir-biri ilə zarafatlaşır. Beləliklə, kluba getdikcə öyrəşməyə başladım.

Hücumçu kimi çıxış etdiyiniz "Neftçi” klubunda baş məşqçi də olmusunuz. “Ağ-qaralar”ın indiki vəziyyətini necə qiymətləndirirsiniz?

- “Neftçi” bütün azərbaycanlıların ürəyində taxt qurmuş komandadır. Ölkəmizdə ən böyük keçmişi olan klub məhz “Neftçi”dir. Hazırda bu klubun xeyli sayda azarkeşi var. Hətta yaşlı insanlar belə, “Neftçi”yə azarkeşlik edirlər. Düzdür, hazırda komandanın o qədər də yüksək səviyyəli oyun nümayiş etdirdiyini deyə bilmərəm. Amma hər kəs bu komandanı son ana kimi dəstəkləməyə hazırdır. Çünki biz “Neftçi”ni həmişə yüksəklərdə görmək istəyirik. Arzum budur ki, “Neftçi” təkcə ölkəmizdə deyil, Avropada, ümumiyyətlə, bütün dünyada özünü tanıtsın. Həqiqətdir ki, bu gün favorit “Qarabağ”dır. İstərdik ki, “Neftçi”də heç olmasa, “Qarabağ”ın səviyyəsinə gəlib çatsın.

Yəqin ki, “Neftçi” ilə bağlı xatirələriniz daha çox olub…

- Bəli, bu klubda gözəl xatirələrim olub. Geriyə dönüb baxanda orada vurduğum qolları xatırlayıram və bu, məndə müsbət duyğuların yaranmasına səbəb olur. İllər əvvəl “Neftçi”nin təkcə oyunlarını yox, məşqlərini izləməyə belə, 5000 mindən çox azarkeş gəlirdi. Bu komanda həmişə sevilib.

Bəs Azərbaycan millisində ən yaddaqalan oyunlarınız hansı olub?

- Millimizin oyunları o vaxt kifayət qədər yaxşı olsa da, müsbət nəticələr əldə edə bilmirdik. Yığma üzvlərinin bir çoxu ölkə xaricində oynayırdı. Heyət olduqca yaxşı idi, amma öz potensialımızı aça bilmədik.

Ukrayna, Rusiya, İspaniya və Portuqaliyada legioner həyatı yaşamısınız. Hansı ölkədə oynamağı özünüz üçün ən böyük şans hesab edirsiniz?

- Oynadığım bütün klublar mənim üçün doğma olub. Hər komandanı isə müxtəlif məşqçilər idarə edib. Elə komandalar olub ki, orada özümü daha çox göstərə bilmişəm. Formasını geyindiyim hər komandanın oyun taktikası fərqli idi. Amma deyə bilərəm ki, hamısında böyük əziyyətim olub.

Karyeranız ərzində özünüzü baş məşqçi kimi, yoxsa futbolçu kimi daha uğurlu hesab edirsiniz?

- İkisi də bir-birindən çox fərqlənir. Futbolçu olmaq elə şeydir ki, meydana çıxanda hər kəsin gözü səndə olur. Amma məşqçinin əziyyəti futbolçunun meydanda nümayiş etdirdiyi oyunla bəlli olur. Komanda yaxşı nəticə qazananda hər kəs baş məşqçinin işini müsbət qiymətləndirir. Ona görə də baş məşqçinin yükü daha ağırdır. Çünki futbolçunun oyun səviyyəsi birbaşa məşqçidən asılıdır.

Milli komandada, yoxsa klubda baş məşqçi olmaq daha çətindir?

- Əlbəttə ki, milli komandanı idarə etmək daha çətindir. Çünki yığmalarla matçlarda vaxt həmişə az olur. Qısa zamanda futbolçuları yığıb məşqə hazırlaşmalı, onlara oyun strategiyasını başa salmalı, taktikaları öyrətməli olursan. Klubda isə matçlara hazırlaşmaq üçün vaxt kifayət qədər çox olur. Bu isə əsas üstünlükdür.

Ömrünüzün böyük hissəsini futbola həsr etdiyinizə görə nə vaxtsa peşman olmusunuz?

- Xeyr, heç vaxt peşman olmamışam. Çünki uşaqlıqdan qarşıma bir məqsəd qoymuşdum ki, mən futbolçu olacağam və bu arzumu da reallaşdırdım. Düzdür, zədələr daha çox nailiyyət əldə etməyə imkan vermədi. Buna baxmayaraq, bu gün öz karyeramdan razıyam. Dünyaya bir daha gəlsəm, yenə futbolçu olardım. Çünki bu yolda xeyli əziyyət çəkmişəm.

Hazırda həm də Şamaxı Regional Futbol Məktəbinin əlaqələndiricisi vəzifəsində çalışırsınız. Bölgədə futbolun ümumi vəziyyəti necədir?

- Uşaqlar məşqlərdə çox yaxşı işləyirlər. İnanıram ki, 3-4 ildən sonra həmin oyunçular milli komandalara dəvət alacaqlar. Əminəm ki, futbolçularımız bir gün avropalı oyunçuların səviyyəsinə çatacaqlar.

Sizcə, bu mövsüm Azərbaycan Premyer Liqasında çempionluğa əsas namizəd hansı komandadır?

- Hansısa klubun adını çəkə bilmərəm. Hər birinin özünəməxsus azarkeş kütləsi var. Çempionat isə getdikcə, daha maraqlı keçir. Oyunlar da göstərir ki, Premyer Liqa inkişaf edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: Netanyahunun oğlu sui-qəsd təhlükəsi ilə əlaqədar ABŞ-dən təxliyə edilib

Finlandiya Prezidenti Avropa ölkələrini Rusiya ilə dialoqu bərpa etməyə çağırıb

Rusiyada sərnişin gəmisi saya oturub

Media: ABŞ ərzaq böhranı ilə üzləşə bilər

Türkiyənin məşhur aktyoru xəstəxanaya yerləşdirilib

Laçın rayonunda ötən tədris ilinin nəticələri təhlil edilib

Bundesliqa: “Borussiya Dortmund” çempionata qələbə ilə başlayıb

Danimarkada səfərbərlik yaşında olan ukraynalılara yaşayış icazəsinin verilməsi dayandırılıb

Zəngilanda təhsil işçilərinin sentyabr konfransı

Qazaxda yeni tədris ili üçün prioritet istiqamətlər açıqlanıb

Premyer Liqa: “İmişli” “Şəfa”ya minimal hesabla qalib gəlib

Azərbaycanın çimərlik güləşçiləri "See Breeze"dəki yarışı 7 medalla başa vurublar

Şirvanda yol qəzası baş verib, ölən və xəsarət alan var

Finlandiyada polis tərəfindən güc tətbiq edilməsi hallarının sayı artır

Babək rayonunda qəza baş verib, 2 nəfər xəsarət alıb

Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək

Medianın İnkişafı Agentliyi bəyanat yayıb

Azərbaycanın deflimpiyaçı cüdoçusu tarixi uğura imza atıb

Premyer Liqa: “Qəbələ” - “Şamaxı” oyununda hesab açılmayıb

Bu saata olan əsas xəbərlər

Ukrayna səfiri Qara dənizdə gəmilərə hücumlarla əlaqədar Türkiyə XİN-ə çağırılıb

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans” Gənclər Mərkəzində milli rəqs dərnəyi

Almaniya deportasiyaların təşkili üçün Taliban nümayəndələrinin ölkəyə girişinə icazə verib

Xocalının Ballıca kəndində toy – Əmrah və Arzu ailə həyatına doğma yurdda başlayırlar

Nepalda təbii fəlakət bölgəsinin bərpasına 4-5 milyard dollar lazımdır VİDEO

Nepalda təbii fəlakət bölgəsinin bərpasına 4-5 milyard dollar lazımdır VİDEO

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

SABAH qəzeti: Bakı ilə Daşkəndin ittifaqı Avrasiyanın Türk dünyasına yönəlmiş arxitekturası üçün əhəmiyyətlidir

“Yay Fest 2026”nın “Startap və sahibkarlıq” düşərgəsi başa çatıb

“Əbədi dostluq haqqında Müqavilə”nin imzalanması Türk dünyasında yeni mərhələnin əsasını qoyur - ŞƏRH

“Politico”nəşri: Almaniya Leypsiq aeroportundakı dron insidentinə görə Rusiyanı ittiham etməyə hazırlaşır

AZAL: Bakı-Naxçıvan-Bakı reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb

Azərbaycan idmançısı Gözəl Zutova kəmər güləşi üzrə dünya çempionu olub

Rusiyanın hava hücumu nəticəsində Buça rayonunda ölənlərin sayı 37 nəfərə çatıb

Növbəti 3 gündə hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

Naxçıvanda 3 təhsil müəssisəsində tikinti və təmir işləri yekunlaşır

Çempionlar Liqası: “Sabah”ın əsas mərhələdəki oyunlarının təqvimi açıqlanıb

İqtisadiyyat İnstitutu Lütfi Zadənin elmi irsinə həsr olunmuş beynəlxalq konfransda təmsil olunub

Böyük Britaniya ixracdan ildə 11,7 milyard funt sterlinq itirir

Zəfər parkında mütaliə və melodiya: Fəal gənclərə kitablar hədiyyə olunub - FOTO

Professor: Xərçəng hüceyrələrinə və bakteriyalara təsir edən bitki növü müəyyən edilib

Bakı və Abşeronda 21 marşrutun hərəkət sxemi dəyişdirilib

Nepalda təbii fəlakət nəticəsində itkin düşən Ukrayna vətəndaşlarının sayı 64 nəfərə çatıb

Rusiyanın hava zərbəsi nəticəsində Buça rayonunda 27 nəfər həlak olub

Magistral yol üzərində ikinci körpünün inşası davam edir

Ombudsman Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü ilə bağlı bəyanat yayıb

Fransada yanğınsöndürənlər ayağa qalxır: Uzunmüddətli tətil xəbərdarlığı

Bakıya və rayonlara yağış yağacaq, külək güclənəcək VİDEO

Bakıya və rayonlara yağış yağacaq, külək güclənəcək VİDEO

Asip Kaya: Naxçıvanda fəaliyyət göstərməkdən hər zaman qürur duydum VİDEO

Asip Kaya: Naxçıvanda fəaliyyət göstərməkdən hər zaman qürur duydum VİDEO

DGK: Külli miqdarda dərman preparatları aşkar edilib

Bu saata olan əsas xəbərlər

Ölkənin bəzi yerlərində şimal-qərb küləyi əsir - FAKTİKİ HAVA

Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olunub

Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab Şavkat Mirziyoyevə

Fransada inflyasiya 2,4 faizə yüksəlib

Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin xatirəsi yad edilib

Polis 1,3 kiloqram narkotik vasitə aşkarlayıb

Bakı və rayonlarda qanunsuz silah-sursat aşkar edilərək götürülüb

Kral Harald Akershus qalasındakı gizli sarkofaqda dəfn ediləcək

FHN: Gəncədə yanğın-taktiki təlimə 43 nəfər şəxsi heyət və 8 texnika cəlb edilib VİDEO

FHN: Gəncədə yanğın-taktiki təlimə 43 nəfər şəxsi heyət və 8 texnika cəlb edilib VİDEO

Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb VİDEO

Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb VİDEO

AAYDA: Qoruyucu torların zədələnməsi ciddi təhlükə yaradır

Azərbaycan və Qazaxıstan arasında bir çox sahədə əlaqələrin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

Azərbaycan Premyer Liqası: III tur iki oyunla start götürür

“İşıqlı istedadlar” layihəsinin festival kimi keçirilməsi planlaşdırılır VİDEO

“İşıqlı istedadlar” layihəsinin festival kimi keçirilməsi planlaşdırılır VİDEO

Bu gün Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Mübarizə Günüdür

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Təlim-tərbiyədə müasir yanaşma və çağırışlar - konfrans

Nepalda daşqın nəticəsində ölənlərin sayı 626-ya çatıb YENİLƏNİB VİDEO

Nepalda daşqın nəticəsində ölənlərin sayı 626-ya çatıb YENİLƏNİB VİDEO

Rusiyanın hava hücumundan sonra Jitomir şosesi yaxınlığında partlayışlar baş verib, ölənlər var

“Sea Breeze” ərazisində Yay İdman Festivalı başa çatıb

Ekvadorun sabiq prezidenti Moreno korrupsiyaya görə beş il müddətinə azadlıqdan məhrum edilib

NASA rəhbəri “Starship”in hər həftə buraxılacağını proqnozlaşdırır

Pit Heqset ABŞ prezidentliyinə namizəd olmaq niyyəti ilə bağlı yayılmış xəbəri təkzib edib

“New York Post”: Tramp administrasiyası Soros fondunun vergi yoxlamasını hazırlayır

“The Independent”: Britaniyada festivalda lövhənin aşması nəticəsində bir nəfər ölüb, altı nəfər yaralanıb

Haitidə beş yaşadək uşaqlar arasında hər 13 nəfərdən biri kəskin qida çatışmazlığından əziyyət çəkir

Vaşinqtonda birinci şəxslərin təxliyəsinə kömək etmək üçün helikopter dəstəsi yaradılıb

ABŞ Venesuela ilə 65 milyard barel neft ehtiyatları üzərində nəzarəti təmin edəcək saziş imzalayıb

Quraqlıq və isti hava şəraiti meşələrin və şəhər təbiətinin üzərinə düşən yükü artırır

İspaniya Aİ-yə Seutada qalan qeyri-qanuni miqrantlarla bağlı kömək üçün müraciət edib

VII Dünya Köçəri Oyunları 2028-ci ildə Kazanda təşkil ediləcək

“Bavariya” Bundesliqanın yeni mövsümünün açılış matçında “Ştutqart”ı darmadağın edib

Qadın voleybolçularımız Avropa çempionatının pley-off mərhələsində Türkiyə yığması ilə qarşılaşacaq

Tramp ABŞ Kosmik Akademiyasının təsis edilməsi haqqında fərman imzalayıb

Bakıda çimərlik güləşi üzrə Dünya Seriyasının açılış mərasimi olub

Naxçıvanda avtomobil piyadanı vurub

Yelizaveta Ruban: Bu gün qalib gəlmək arzusunda idik, təəssüf ki, alınmadı

Hesablama Palatasında kollegiya iclası olub

Faiq Qarayev: Texniki səhvlər bizə imkan vermədi ki, Niderlandla oyunda qələbə qazanaq

Türkiyədə meşə yanğını: bəzi evlər boşaldılır

Media: “Volkswagen”in Osnabrükdəki zavodunda hərbi təyinatlı avadanlıq istehsal oluna bilər

Finlandiya bələdiyyələri işsizlik səbəbindən xərclərin kəskin artması ilə üzləşib

Qusarın Yasab, Həzrə, İmamqulukənd və Qaratoba kəndlərində yeni məktəb binaları inşa olunacaq

Türkiyənin Zəfər bayramı və Silahlı Qüvvələr Günü Bakıda qeyd olunub VİDEO

Türkiyənin Zəfər bayramı və Silahlı Qüvvələr Günü Bakıda qeyd olunub VİDEO

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Niderland kollektivi ilə qarşılaşıb VİDEO

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Niderland kollektivi ilə qarşılaşıb VİDEO

Bu saata olan əsas xəbərlər

Azərbaycan və Belarus Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb

Yeni tədris ilində metroda qatarlar arasında interval azaldılacaq VİDEO

Yeni tədris ilində metroda qatarlar arasında interval azaldılacaq VİDEO

Polşanın Azərbaycandakı səfiri XİN-ə çağırılıb