Faiq Qarayev: Texniki səhvlər bizə imkan vermədi ki, Niderlandla oyunda qələbə qazanaq
Bakı, 28 avqust, AZƏRTAC
Düşünürəm ki, bu gün komanda Niderland kollektivinə qalib gələ bilərdi. Voleybolçular oyuna yaxşı hazırlaşmışdılar. Lakin səhvlər oldu. Oyunun nəticəsinə baxmayaraq, qızlara təşəkkür edirəm, yaxşı oynadılar. Məqsəd qrupdan çıxmaq idi, buna nail olduq.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Faiq Qarayev deyib.
“Mən çox istəyirdim ki, qələbə qazanaq. Həm Belçika, həm də Niderland ilə oyunda qalib gələ bilərdik. Təəssüf ki, yığmanın heyətindəki bir çox oyunçunun belə yüksəksəviyyəli yarış təcrübəsi yoxdur. Bugünkü oyunda da komanda birinci hissədə çox gözəl oynadı. Qızlar digər setlərdə də eyni üstünlüyü davam etdirə bilərdilər, lakin texniki səhvlər bizə imkan vermədi ki, qələbə qazanaq. Qalib gəlsə idik, yaxşı olardı”, - deyə F.Qarayev bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2026 [22:26]
Yelizaveta Ruban: Bu gün qalib gəlmək arzusunda idik, təəssüf ki, alınmadı
- 28.08.2026 [18:21]
Avarçəkmə üzrə ölkə çempionatında ilk: kayakda qarışıq cütlüklər yarışacaq
- 28.08.2026 [17:18]
Rahid Əmirquliyev: “Qarabağ” avrokuboklara daha güclü qayıdacaq
- 28.08.2026 [17:16]
Azərbaycan oxatanları Belarusda iki medal qazanıblar
Bu saata olan əsas xəbərlər
- [20:00]
® Beynəlxalq səviyyəli cərrah
- [19:10]
® PR və onun əsasları
- [17:45]