Yelizaveta Ruban: Bu gün qalib gəlmək arzusunda idik, təəssüf ki, alınmadı
Bakı, 28 avqust, AZƏRTAC
Həmişə olduğu kimi, azarkeşlərə böyük təşəkkürümü bildirmək istəyirəm. Doğma divarlar arasında oynamaq inanılmaz hiss idi. Çox emosional oyun oldu. Əlbəttə, daha çoxunu istəyirdik. Bu gün qalib gəlmək arzusunda idik, amma təəssüf ki, alınmadı.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Ruban deyib.
Y.Ruban oyunun gərgin keçdiyini diqqətə çatdırıb. Niderland millisi ilə qarşılaşmada ilk setdə yaxşı çıxış etdiklərini deyən voleybolçu bildirib: “Niderland asan rəqib deyil və Avropanın ən yaxşı beş komandasından biridir. Hesab edirəm ki, onlarla bərabər səviyyədə mübarizə apardıq. İlk hissədə onların oyunu alınmadı. Biz ilk setdə daha üstün oyun nümayiş etdirdik. Daha sonra onlar özlərini topladılar və təəssüf ki, bəzi səhvlərimizə görə xal itirdik. Qrupdan üçüncü pillədə çıxmağımızı böyük nəticə hesab edirəm. Çünki əvvəlki Avropa çempionatında ümumiyyətlə qrupdan çıxa bilməmişdik. Bundan sonrakı oyuna hazırlaşacağıq, mübarizə aparacağıq. Nəticənin necə olacağını isə görəcəyik”.
Müxbir - Göyçək Mahmudlu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2026 [23:37]
Bakıda çimərlik güləşi üzrə Dünya Seriyasının açılış mərasimi olub
- 28.08.2026 [18:21]
Avarçəkmə üzrə ölkə çempionatında ilk: kayakda qarışıq cütlüklər yarışacaq
- 28.08.2026 [17:18]
Rahid Əmirquliyev: “Qarabağ” avrokuboklara daha güclü qayıdacaq
- 28.08.2026 [17:16]
Azərbaycan oxatanları Belarusda iki medal qazanıblar
Bu saata olan əsas xəbərlər
- [20:00]
® Beynəlxalq səviyyəli cərrah
- [19:10]
® PR və onun əsasları
- [17:45]