Venesuelada karantin sentyabrın 13-dək uzadılıb
Madrid, 10 avqust, AZƏRTAC
Venesuelanın Prezidenti Nikolas Madura COVID-19 pandemiyasına qarşı mübarizə məqsədilə ölkədə mart ayından bəri qüvvədə olan karantin rejimini sentyabrın 13-dək uzadıb.
AZƏRTAC xəbər verir ki, Venesuelada koronavirusa yoluxanların sayı 25 min 805 nəfər təşkil edir. Onlardan 223-ü həyatını itirib.
Venesuelanın başçısı xalqa müraciətində bildirib ki, karantin rejimi ölkədə COVID-19-a qarşı mübarizə aparmaq üçün kompleks tədbirlərin görülməsinə imkanlar yaradır.
N.Maduro, həmçinin qeyd edib ki, bu gündən avqustun 16-dək paytaxt ərazisində və Miran, La-Quayra, Sukre, Bolivar və Taçir ştatlarında “qismən və nəzarətdə olan yumşaldılmış” karantin rejiminin yeddi günü venesuelalıların ixtiyarında olacaq. Bu regionlarda mülki tikinti obyektlərinin inşasına, inşaat mağazalarının, kimya sənayesinin, nəqliyyatın, bankların, bərbərxanaların, mexaniki emalatxanaların və avtoehtiyat hissələrinin, tibbi və stomatoloji kabinetlərin, toxuculuq istehsalı müəssisələrinin və digərlərinin fəaliyyətinə icazə veriləcək.
Daxili və beynəlxalq uçuşlar avqustun 12-dək məhdudlaşdırılıb. Ölkə əhalisinin müxtəlif bələdiyyə bölgələri arasında səyahətinə qadağalar qoyulub.
Son 24 saat ərzində Venesuelada COVID-19-a 844 yoluxma faktı qeydə alınıb, səkkiz nəfər isə həyatını itirib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.10.2026 [16:50]
Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb
- 04.10.2026 [16:49]
Türkiyənin cənubunda üç zəlzələ baş verib
- 04.10.2026 [16:25]
İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək
- 04.10.2026 [16:01]
Hörmüz boğazında gəmi mərmi ilə vurulub
- 04.10.2026 [09:56]
Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib
Bu gün Cəbrayıl Şəhəri Günüdür
- [09:00]
İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil
- 03.10.2026 [23:56]
İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir
- 03.10.2026 [23:11]
Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib
- 03.10.2026 [22:03]
Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb
- 03.10.2026 [21:57]
“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur
- 03.10.2026 [21:23]
Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”
- 03.10.2026 [20:44]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [20:32]
Bu saata olan əsas xəbərlər
- 03.10.2026 [20:00]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:36]
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar
- 03.10.2026 [19:17]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [19:09]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [19:05]
Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır
- 03.10.2026 [18:49]
Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir
- 03.10.2026 [18:44]
Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib
- 03.10.2026 [18:31]
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb
- 03.10.2026 [18:17]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [18:09]
Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir
- 03.10.2026 [17:53]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [17:17]
Geniş təfəkkürün ensiklopedik elmi baxışları
- 03.10.2026 [17:09]
Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar
- 03.10.2026 [17:01]