Vergi sahəsində edilən dəyişikliklərin təxminən 90 faizi güzəşt və azadolmalarla bağlıdır
Bakı, 19 dekabr, AZƏRTAC
Vergi islahatlarının əsas hədəflərindən biri kölgə iqtisadiyyatının qarşısının alınmasıdır. Dəyişikliklərin təxminən 90 faizi güzəşt və azadolmalarla bağlıdır.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, bu sözləri nazirliyin Vergi Siyasəti Departamentinin baş direktor müavini Şamil Ərəbov deyib.
Departament rəsmisi qeyd edib ki, vergi orqanları kölgə iqtisadiyyatının səviyyəsinin azaldılmasını, şəffaflığın və hesabatlılığın təmin edilməsini özünün başlıca məqsədləri hesab edir və bunlar islahatların əsas tərkib hissəsidir. Bu məsələdə sahibkarların üzərinə də böyük məsuliyyət düşür.
Ş.Ərəbov bəzi sahibkarların hələ də uçotsuz fəaliyyət göstərdiyini, real dövriyyələrini gizlətdiklərini və vergidən yayındıqlarını, işçilərlə əmək müqaviləsi bağlamadıqlarını diqqətə çatdırıb.
Onun sözlərinə görə, kölgə iqtisadiyyatı çox geniş mövzudur və təkcə vergi sektorunda aparılan islahatlarla bu problemi həll etmək mümkün deyil: “Elə kölgə əməliyyatları var ki, onların qarşısını vergi orqanları təkbaşına ala bilməz. Ancaq bizim məqsədimiz və apardığımız siyasət ondan ibarətdir ki, iqtisadiyyatda hər hansı əməliyyat aparılırsa, əlavə dəyər yaranırsa, onun vergisi ödənilsin. Yəni yaranan hər bir vergitutma obyektinin vergisi ödənilməlidir. Məcəlləyə edilmiş dəyişiklikdə vergidən azad olunan gəlir və xərclərin uçotunun aparılması, vergi bəyannamələrinin təqdim olunması ilə bağlı maddə yer alıb ki, bu da kölgə iqtisadiyyatının qarşısının alınmasına hesablanıb”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]
Banklar yeddi ayda 655.3 milyon manat xalis mənfəət əldə ediblər
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]