Vergiödəyiciləri ilə təmas daha çox rəqəmsal platforma üzərindən qurulur
Bakı, 25 iyul, AZƏRTAC
Dövlət Vergi Xidməti elektron hökumətin mühüm həlqələrindən biri kimi vergiödəyiciləri ilə təmasın daha çox rəqəmsal platforma üzərindən qurulmasını təmin edir.
DVX-dən AZƏRTAC-a bildirilib ki, hazırda vergiödəyicisi vergi orqanına gəlmədən qeydiyyatdan keçə, elektron bəyannamə verə, vergiləri özü hesablaya, ödəmələri elektron apara və vergi orqanı ilə bütün yazışmaları elektron kargüzarlıq vasitəsilə həyata keçirə bilər.
Vergiödəyicisinin vergi orqanı ilə münasibətlərini tam şəkildə məsafədən təşkil etmək üçün 63 elektron xidmət fəaliyyət göstərir.
Bu gün mikro və kiçik sahibkarların vergi öhdəliklərini sadə mobil əlavələr (mobil tətbiqlər) vasitəsilə icra etmələri üçün müvafiq işlər aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]