CƏMİYYƏT
Vətən müharibəsi şəhidi Seymur Həsənlinin ailəsi ziyarət edilib
Bakı, 21 mart, AZƏRTAC
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları Novruz bayramı münasibətilə Vətən müharibəsi şəhidi Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların hərbi qulluqçusu, baş çavuş Seymur Həsənlinin ailəsini ziyarət ediblər.
Nazirliyin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, polis əməkdaşları şəhidin ailə üzvləri ilə həmsöhbət olub və onların qayğıları ilə maraqlanıblar. Ziyarət zamanı Vətən müharibəsində qazanılan tarixi qələbədən, şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdiyi şücaət və qəhrəmanlıqlardan bəhs olunub.
Qeyd edək ki, Seymur Həsənli ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [14:08]
Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM
- 04.05.2024 [13:27]
Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb
- 04.05.2024 [13:24]
Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib
- 04.05.2024 [13:16]
Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq
- 04.05.2024 [13:00]
DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO
- 04.05.2024 [12:45]