Vətəndaşlara elektron imzanın verilməsi yüksək səviyyədə təşkil olunur
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində vətəndaşlara elektron-imzanın verilməsini yüksək səviyyədə təşkil etmək üçün “qəbul otağı” yaradılıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, oktyabrın 1-dən istifadəyə verilən xidmət otaqlarında hər gün 80-100 e-imza sahiblərinə təhvil verilir. Fəaliyyətin yüksək səviyyədə qurulması nəticəsində müraciət edən şəxslər qarşılaşdıqları çatışmazlıqların tez bir zamanda həllinə nail ola bilirlər. Eyni zamanda, hər bir rayonun poçt filiallarında e-imza almaq üçün qeydiyyat mərkəzləri yaradılıb. Vətəndaşlar paytaxta gəlmədən elektron imzanı yaşadıqları ərazi üzrə fəaliyyət göstərən poçt şöbələrindən ala bilərlər. E-imzanı əldə etmək üçün onlayn sifariş vermək mümkündür. Onlayn şəkildə qəbul olunan sifarişlər mərkəzdə hazırlanır və hazır məhsul sifarişçinin yaşadığı ərazi üzrə fəaliyyət göstərən poçt şöbələrinə göndərilir. Bundan sonra qeydiyyat mərkəzləri tərəfindən sifarişçi ilə əlaqə saxlanılır və e-imza sahibinə təhvil verilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]