VƏTƏNDAŞLARDAN NARKOTİK VASİTƏLƏR GÖTÜRÜLMÜŞDÜR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Yaqub Mustafayevdən 64,25 qram marixuana və 1 ədəd bıçaq götürmüşlər.
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları Mürsəl kəndində 200 sot sahədən yabanı halda bitmiş, çəkisi 1 ton 127 kiloqram olan 1851 ədəd çətənə kolu, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları isə İbrahim Hacılı kəndinin ərazisindən 0,2 hektar sahədən yabanı halda bitmiş, çəkisi 1390 kiloqram olan 925 ədəd çətənə kolu yığaraq məhv etmişlər.
Səbail Rayon Polis İdarəsinin əməkdaşları Bakı şəhər sakini Namiq Cavanşirovdan 21,86 qram tiryək, əvvəllər məhkum olunmuş Şövqi Kərimovdan 1,518 qram heroin aşkar edərək götürmüşlər.
Faktlarla bağlı araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]