Vilnüs Minsklə sərhəd böhranının həlli üçün ehtiyat tədbirlər hazırlayıb
Bakı, 12 noyabr, AZƏRTAC
Litva Belarusla sərhəd böhranını həll etmək və qonşusunun hərəkətlərinə cavab vermək üçün ehtiyat tədbirləri hazırlayıb.
AZƏRTAC xəbər verir ki, Litvanın xarici işlər naziri Kestutis Budris bu barədə LRT radiostansiyasının efirində deyib. Baltikyanı respublikanın xarici işlər nazirinin sözlərinə görə, Belarus hakimiyyəti mülki aviasiya üçün təhlükə yaradan qaçaqmal siqaretləri daşıyan hava şarlarının buraxılmasına effektiv nəzarət etmək əvəzinə, müəssisələrimizin əmlakını girov götürərək vəziyyəti gərginləşdirməyə davam edir.
Hava şarları ilə bağlı insidentlərə cavab olaraq Litva oktyabrın 29-da birtərəfli qaydada Belarusla sərhədini bir ay müddətinə bağlayıb. Həmçinin Vilnüs Minskin böhrandan çıxmaq üçün danışıqlar təklifini rədd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.10.2026 [21:47]
Almaniyada gənclərin etiraz aksiyalarında on minlərlə insan iştirak edib
- 31.10.2026 [21:39]
Kir Starmer: Avropa müdafiə sahəsində ABŞ-dən asılılığını azaltmalıdır
- 31.10.2026 [21:33]
Rusiya FTX Moskvada terror aktı hazırlığı barədə məlumat alıb
- 31.10.2026 [19:32]