VİTALİ İQNATENKO YUNESKO-NUN XOŞMƏRAMLI SƏFİRİDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, YUNESKO-nun Parisdəki iqamətgahında Rusiyanın aparıcı informasiya agentliyi İTAR-TASS-ın baş direktoru Vitali İqnatenkoya xoşməramlı səfir pasportu təqdim edilmişdir. İTAR-TASS beynəlxalq qurumun katibliyinə istinadla xəbər verir ki, V.İqnatenko bu şərəfə dünyada rusdilli elmi, mədəni və informasiya məkanının möhkəmlənməsi sahəsində fəaliyyətinə görə layiq görülmüşdür. O, yarandığı vaxtdan - 1999-cu ildən Dünya Rus Mətbuatı Assosiasiyasına da (DRMA) rəhbərlik edir. Ötən yay Moskvada DRMA-nın artıq 10-cu yubiley konqresi keçirilmişdir.
YUNESKO-nun Baş direktoru Koişiro Matsuura xoşməramlı səfir pasportunu V.İqnatenkoya təqdim edərkən vurğulamışdır ki, dünyada qarşılıqlı anlaşma böhranı yaşandığı bir dövrdə dialoqun və əməkdaşlığın inkişaf etdirilməsi missiyanın məhz Rusiya nümayəndəsinə həvalə olunması çox əhəmiyyətlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [11:23]
“Vətənimdir Azərbaycan!” layihəsi Şamaxıda
- 19.06.2026 [10:42]
Səhnəmizin əbədi təbəssümü: Möhsün Sənani
- 19.06.2026 [09:00]
Bu gün Xalq artisti Ağababa Bünyadzadənin anadan olmasından 111 il ötür
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]
Astarada avtomobil dərəyə aşıb: Ölən və yaralananlar var
- 18.06.2026 [23:02]
Tramp: ABŞ sülhə sadiqdir
- 18.06.2026 [22:52]
AZAL: Hava şəraiti ilə əlaqədar Bakı–Naxçıvan reysləri ləğv edilib
- 18.06.2026 [22:35]
Nigerdə hava limanına hücum nəticəsində 11 təhlükəsizlik əməkdaşı ölüb
- 18.06.2026 [22:30]
Dünya çempionatı: Çexiya və CAR ilk xallarını qazanıb
- 18.06.2026 [22:06]
Azərbaycan və İran arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub
- 18.06.2026 [21:42]
İsveç ilə Aİ-nin iqlim hədəfləri arasındakı fərq artır
- 18.06.2026 [21:31]