Vladimir Putin: Rusiya Ukraynaya “Tomahawk” raketlərinin verilməsinə hava hücumundan müdafiəni gücləndirməklə cavab verəcək
Moskva, 10 oktyabr, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, ABŞ-ın Ukraynaya “Tomahawk” raketlərinin mümkün tədarükü halında, Moskva hava hücumundan müdafiə sistemini gücləndirməklə cavab verəcək.
AZƏRTAC xəbər verir ki, Düşənbədə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Rusiya lideri vurğulayıb: “Bizim cavabımız Rusiyanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsidir”. Vladimir Putin qeyd edib ki, Moskva ABŞ Prezidenti ilə Ankoricdə əldə olunan razılaşmalar çərçivəsində qalır, həmin vaxt Ukraynadakı vəziyyətin həlli yolları müzakirə edilib.
Onun sözlərinə görə, proses əlavə iş tələb edir, lakin Rusiya mövqeyini dəyişmir və Alyaskada əldə olunmuş razılaşmalar əsasında hərəkət etməyə davam edir.
Rusiya Prezidenti vurğulayıb ki, onun amerikalı həmkarı Donald Tramp “səmimi olaraq Ukraynadakı münaqişənin həllinə çalışır” və bu məsələ ilə bağlı dialoqun davam etdiriləcəyinə ümid edir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:38]
Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO
- 03.10.2026 [13:12]
Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub
- 03.10.2026 [13:04]
Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib
- 03.10.2026 [11:20]
Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq
- 03.10.2026 [08:53]
Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq
- 03.10.2026 [07:11]
ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
- 02.10.2026 [23:53]
Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb
- 02.10.2026 [23:20]