Vladimir Zelenski MSK-nı yekun nəticələrin rəsmi elanını gecikdirməkdə ittiham edir
Kiyev, 25 aprel, AZƏRTAC
Ukraynada keçirilən prezident seçkilərinin ikinci turunun qalibi olan Vladimir Zelenski Mərkəzi Seçki Komissiyasını rəsmi nəticələrin elan müddətini uzatmaqda ittiham edib.
AZƏRTAC xəbər verir ki, Zelenski Facebook səhifəsində videomüraciət yayıb. O bildirib ki, MSK prezident seçkilərinin rəsmi nəticələrinin elan olunmasını uzadır. “Çox gülməli şeylər baş verir - qalib gəlmişəm, amma heç bir səlahiyyətim yoxdur. Nə baş verir, mən izah edirəm: MSK nəticələrin rəsmi elanını gecikdirir”, - deyə Zelenski əlavə edib.
Zelenski hesab edir ki, məqsəd andiçmə mərasiminin tarixini mayın 27-dən sonraya salmaq, bununla da onu parlamentin vaxtından əvvəl buraxılması imkanından məhrum etməkdir.
Qeyd edək ki, qanunvericiliyə görə, MSK seçkilərin rəsmi nəticələrini mayın 1-dək elan edə bilər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]