V.PUTİN HÖKUMƏTƏ ABXAZİYA VƏ CƏNUBİ OSETİYA ƏHALİSİNƏ DƏSTƏK GÖSTƏRMƏYİ TAPŞIRMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri Rusiya XİN-in İnformasiya və mətbuat departamentinə istinadla xəbər verir ki, Prezident Vladimir Putin Rusiya Hökumətinə Abxaziya və Cənubi Osetiya ilə münasibətlərin yoluna qoyulması ilə əlaqədar tapşırıqlar vermişdir.
Prezidentin tapşırıqları ölkə rəhbərliyinin hər iki respublikanın əhalisinin, burada yaşayan Rusiya vətəndaşlarının beynəlxalq hüquq normalarına uyğun əyani dəstəklənməsi üçün (o cümlədən bundan əvvəl Rusiyanın MDB-nin Abxaziya ilə dövlət xətti ilə əlaqələrini məhdudlaşdıran 1996-cı il tarixli qərarından çıxması nəzərə alınmaqla) elan etdiyi xəttin, həmçinin Dövlət Dumasının hazırladığı tövsiyələrin reallaşdırılmasına yönəldilmişdir. Prezidentin tapşırıqlarının yerinə yetirilməsi Abxaziyada və Cənubi Osetiyada yaşayan Rusiya vətəndaşlarının hüquq və azadlıqlarının, habelə onların qanuni mənafelərinin hərtərəfli müdafiəsi mexanizmlərini yaratmağa imkan verəcəkdir. Rusiya hökumətinə Abxaziyanın və Cənubi Osetiyanın faktiki hakimiyyət orqanları ilə bütün sahələrdə qarşılıqlı fəaliyyətdə olmaq tapşırılmışdır. Abxaziyanın və Cənubi Osetiyanın faktiki orqanlarının fiziki şəxslərə verdiyi Rusiyada tanınan sənədlərin siyahısı müəyyənləşdirilir.
Sonda bildirilir ki, Rusiyanın Abxaziyaya və Cənubi Osetiyaya münasibətdə hərəkətləri heç də RF-nın Gürcüstanla qarşıdurma yolunu seçdiyini göstərmir. Gürcüstanla hava və dəniz əlaqəsinin bərpa edilməsi, Gürcüstanın indiki rəhbərliyinin xəttinə müsbət alternativ olan digər addımlar bunu təsdiq edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:07]
Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib
- 11.06.2026 [12:04]
Oman sahillərində tankerdə yanğın baş verib
- 11.06.2026 [12:00]
Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib
- 11.06.2026 [11:50]
Koşta: Aİ sammiti Zelenskinin videomüraciəti ilə başlayacaq
- 11.06.2026 [11:43]
Fransada müdafiə sənayesi sahəsi gücləndirilir
- 11.06.2026 [11:42]
Qazaxıstanda gənə təhlükəsi: 475 nəfər tibbi yardım üçün müraciət edib
- 11.06.2026 [11:39]
“Bayterek” – həyat ağacı və Qazaxıstan paytaxtının rəmzi
- 11.06.2026 [11:30]
“Emirates” Dubaya uçan sərnişinlər üçün əlavə sığorta tətbiq edəcək
- 11.06.2026 [11:29]