Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüqar Həşimov: Mənim üçün Azərbaycandan əziz heç nə yoxdur
Görkəmli şahmatçının xatirəsinə

Vüqar Həşimov: Mənim üçün Azərbaycandan əziz heç nə yoxdurGörkəmli şahmatçının xatirəsinə

Bakı, 13 yanvar (AZƏRTAC). Azərbaycanın məşhur şahmatçısı, ölkə və Avropa çempionu, beynəlxalq dərəcəli qrossmeyster Vüqar Həşimovun vəfatı bu günlərdə bütün idman ictimaiyyətini dərindən kədərləndirir. Artıq üçüncü gündür ki, bu qəmli xəbər informasiya agentliklərinin lentlərindən düşmür, çoxları hələ də inana bilmir ki, artıq Vüqarın partiyalarını maraqla izləyə bilməyəcək, ona azarkeşlik etməyəcək, səhhəti barədə xoş xəbərləri səbirsizliklə gözləməyəcəklər.

Vüqar Həşimov uzun sürən xəstəlikdən sonra yanvarın 11-də Almaniyada dünyasını dəyişmişdir. Bu rəsmi xəbəri eşitmək, oxumaq çox ağırdır, çünki bu sözlər özünün qısa, lakin parlaq ömründə çox işlər görmüş, eyni zamanda, daha çox işlər görməyə macal tapmamış bir gənc barəsində yazılmışdır.

Vüqar 1986-cı il iyulun 24-də Bakı şəhərində anadan olmuşdur. Atası ona şahmat oynamağı öyrədəndə Vüqarın 6 yaşı vardı. 9 yaşında ikən Azərbaycan çempionu olmuş Vüqar sonradan daha iki dəfə - 1996-1998-ci illərdə respublikanın ən yaxşı şahmatçısı adını qazanmışdır. 1996-2001-ci illərdə Vüqar Avropa və dünya çempionatlarında 7 dəfə mükafata layiq yerlər tutmuşdur. O, dörd dəfə (2002, 2004, 2006 və 2008-ci illərdə) şahmat olimpiadalarında Azərbaycan yığma komandasının heyətində çıxış etmişdir. 2009-cu il mayın 7-9-da Azərbaycan Prezidenti Heydər Əliyevin kuboku uğrunda yarışlar çərçivəsində Bakıda dünya yığmasına qarşı çıxış edən Azərbaycan yığmasının heyətinə daxil olmuşdur. 2007-ci ildə şahmat üzrə Avropa komanda çempionatında bürünc medal qazanmış, 2009-cu ildə Azərbaycan yığmasının tərkibində Avropa çempionu olmuşdur (bu çempionatın sonuncu turunda komandamıza həlledici xalı məhz Vüqar qazandırmışdır). 2011-ci il Avropa çempionatında yığma komandanın heyətində vitse-çempion olmuş, 2010-2011-ci illərdə Recio Emiliyada (İtaliya) keçirilən turnirdə qalib olmuşdur.

V.Həşimovun FİDE reytinqində ən yüksək nailiyyəti 6-cı yer olmuşdur.

Vüqar Həşimov Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovla yanaşı, Azərbaycanın say-seçmə şahmatçılarından biri hesab edilirdi, lakin ağır xəstəlik Vüqarı turnirlərdə iştirakını dayandırmağa məcbur etdi.

2008-ci ildə FİDE tərəfindən ilk dəfə keçirilən Qran-pri turnirində Vüqar indiki dünya çempionu Maqnus Karlsen ilə bərabər qalib gəlmişdi. Son 15 ildə o, dəfələrlə beynəlxalq turnirlərin qalibi olmuş, dünya kuboku yarışlarında iştirak etmişdir.

Beynəlxalq yarışlarda Vüqarın böyük uğurları ümummilli lider Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilmiş, 1998-ci ilin yanvar və dekabr aylarında ulu öndər onu şəxsən qəbul etmişdir.

2009-cu ildə Serbiyada keçirilən Avropa çempionatının qalibi olmuş Azərbaycan yığmasının üzvləri sırasında Prezident İlham Əliyev bu gənc idmançını da qəbul etmişdi.

Vüqarın səhhəti ölkəmizin bütün şahmat ictimaiyyəti ilə yanaşı, Azərbaycanda və respublika hüdudlarından kənarda çoxlarını narahat edirdi. Vüqar Həşimovun Almaniyada müalicə kursu başa çatmaqda idi və 2014-cü ildən onun yarışlarda iştirak edəcəyi gözlənilirdi. Lakin əldə olan məlumata görə beynində bədxassəli şiş olan şahmatçı 2014-cü il yanvarın 11-də qəflətən vəfat etmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Vüqar dünyanın ən yaxşı klinikalarında dövlət hesabına müalicə olunurdu. Artıq hamı düşünürdü ki, ən qorxulu anlar geridə qalmışdır və Vüqar tezliklə vətənə qayıdacaqdır. Lakin ümidlər ürəyimizdə, gözümüz yolda qaldı.

Vüqar Vətəni sevirdi, ölkəmizin xaricdə təbliği işində həmişə ön sıralarda idi. O, əsl mübariz idi və sona qədər mübarizə apardı.

2011-ci ildə Portu-Karrasda növbəti Avropa komanda çempionatı keçiriləndə Vüqar Həşimov bu titulu qorumaq üçün Azərbaycan yığmasının heyətində həmin çempionata yola düşmüşdü. Lakin Fransa komandasına qarşı matçda Vüqarın qan təzyiqi kəskin qalxmış və o, oyunu davam etdirə bilməmişdi. Axı bundan əvvəl o, bir neçə çox mürəkkəb cərrahiyyə əməliyyatı keçirmiş, lakin yenidən şahmata qayıtmışdı, çünki həyatını şahmatsız təsəvvür etmirdi. O vaxt Azərbaycan komandasının kapitanı olan Vladimir Tukmakov Vüqarı sonrakı turlara buraxmaq istəmirdi, lakin Vüqar demişdi: “Siz nə danışırsınız! Mən axıra qədər oynayacağam!”. Artıq növbəti turda Həşimov Rusiya komandasına qalib gəlməyə kömək etdi və yekunda komandamız gümüş medal qazandı.

Vüqarın səmimiliyi, şahmat mübarizəsindən kənar vaxtda öz rəqiblərinə xoş münasibəti həmkarlarının onun vəfatı xəbərinə münasibətlərində əksini tapmışdır. Dünya şahmat reytinqinin lideri, norveçli qrossmeyster Maqnus Karlsen öz dostunun vəfatı ilə əlaqədar kədərini Tvitter şəbəkəsində belə ifadə etmişdir: “Vüqar Həşimovun vəfat etməsi xəbəri məni çox kədərləndirdi. O, mənim indiyə qədər gördüyüm ən istedadlı və orijinal şahmatçılardan biri idi. Hamıya qarşı hər zaman çox mehriban idi”.

Azərbaycan qrossmeysteri Qədir Hüseynov dostunu itirməsi ilə əlaqədar keçirdiyi hissləri bölüşərək demişdir: “Vüqar dünyada ən güclü və istedadlı şahmatçılardan biri idi. O, gözəl insan, çox yaxşı dost və komanda yoldaşı idi. Ona həmişə bel bağlamaq olardı. Həmişə kömək etməyə hazır idi və kömək edirdi, çox xeyirxah, həyatsevər və pozitiv adam idi. Bu, hamımız üçün çox böyük itkidir, mən hələ də buna inana bilmirəm. Mənə çox əziz və yaxın bir insanın həyatdan getməsini düşünmək çox ağırdır”.

Azərbaycan şahmatçısı Teymur Rəcəbov qrossmeyster Vüqar Həşimovun vəfatı haqqında xəbəri dəhşətli yenilik adlandıraraq demişdir: “Bu, həddən artıq kədərli xəbərdir. Dəhşətli xəbərdir. Biz onun ağır xəstə olduğunu bilirdik. Lakin ümid edirdik ki, bu mübarizədə qalib gələcəkdir. İndi bizim və bütün şahmat aləminin keçirdiyi hissləri ifadə etməyə söz tapmıram”.

Beynəlxalq Şahmat Federasiyasının, Rusiya Şahmat Federasiyasının, Avropa Şahmat İttifaqının, Türkiyə Şahmat Federasiyasının saytlarında Vüqar Həşimovun ailəsinə başsağlığı dərc edilmişdir. Bundan əlavə məşhur şahmatçıların çoxu sosial şəbəkələrdə öz səhifələrində bu xəbərdən kədərləndiyini bildirirlər.

FİDE-nin vitse-prezidenti, Türkiyə Şahmat Federasiyasının prezidenti Əli Nihat Yazıçı kədərini səmimi və emosional ifadə etmişdir: “Bu dünyada bir ulduz azaldı”.

Azərbaycan şahmatının fəxri sayılan Vüqarın ölüm xəbəri ilə əlaqədar şahmat dünyasının nəhəngləri bəzi fikirlərini bölüşmüşlər. Amerikalı şahmatçı Hikaru Nakamura: “Vüqar Həşimov çox kreativ və maraqlı şahmatçı idi, onun partiyaları heç vaxt unudulmayacaq”. Pavel Elyanov (Ukrayna): “Vüqarı, onunla oynadığımız partiyaları, dostcasına görüşlərimizi və söhbətlərimizi həmişə xatırlayacağam. O, yaxşı insan və istedadlı şahmatçı idi. Vüqar top-qrossmeyster idi və çox şeyə nail ola bilərdi”. Naycel Şort (İngiltərə): “Vüqar Həşimovun ölüm xəbəri məni çox kədərləndirdi. O, əla şahmatçı və gözəl oğlan idi”. Aleksandr Kostenyuk (Rusiya): “Qəbri nurla dolsun! Doğmalarına və yaxınlarına başsağlığı verirəm”.

Qeyd edək ki, dünən Veyk-An-Zeydə start götürmüş ənənəvi şahmat turniri dünyasını vaxtsız dəyişmiş Azərbaycan qrossmeysteri Vüqar Həşimovun xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlanmışdır. Yanvar ayında Azərbaycanda keçiriləcək bütün şahmat turnirləri də Vüqarın xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlanacaqdır.

Vüqarın öz müsahibələrindən birində dediyi sözlər onun öz ölkəsini həmişə sevən bir insan kimi saf qəlbini göstərir: “Mənim üçün Azərbaycandan əziz heç nə yoxdur. Mən Prezidentə söz vermişəm ki, ölkəmizi məşhurlaşdırmaq üçün əlimdən gələni edəcəyəm və Vətən üçün uğurlar qazanacağam. Bu insana çox borcluyam. Ona verdiyim vədi necə poza bilərəm?”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Fars”: İran hələ ABŞ ilə razılaşmanın heç bir mətnini təsdiqləməyib

İlon Mask tarixdə ilk trilyonçu olub

Konqo Demokratik Respublikasının milli komandasına ABŞ-yə getməyə icazə verilib

İsrail ordusunun Livana son hücumları nəticəsində 15 nəfər ölüb, 70 nəfər yaralanıb

Astronomlar qalaktikada qeyri-adi kütləyə malik qara dəlik aşkar ediblər

Tramp: Bu gün İranla müharibəyə son qoyduq

Media: Gələn həftənin əvvəlində ABŞ və İran arasında anlaşma memorandumu imzalanacaq

Mərkəzi Komandanlıq: Hörmüz boğazı blokadanı pozmayan bütün ticarət gəmiləri üçün açıqdır

Tramp Netanyahu ilə İranla bağlı razılaşmaları müzakirə edib

Britaniyada daha bir nazir istefa verib

CNN: İran müqavilənin son layihəsini Qətər vasitəsilə ABŞ-yə təqdim edib

DÇ-2026: Açılış oyununda 2 qol, 3 qırmızı vərəqə və ev sahibi Meksikanın qələbəsi YENİLƏNİB 2

Bundestaq Almaniya hərbçilərinin Bosniya və Herseqovinada və Kosovodakı beynəlxalq missiyalarda iştirakını bir il uzadıb

Tramp: İranla saziş böyük ehtimal ki, Avropada imzalanacaq

Türkiyə və Ukrayna arasında regional müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb

Azərbaycan və Tailand Xarici İşlər nazirlikləri arasında ilk konsulluq məsləhətləşmələri keçirilib

Dünya çempionatına Mexikodakı təntənəli açılış mərasimi ilə start verilib YENİLƏNİB

Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr aparılıb

Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb

Medianın İnkişafı Agentliyində məzun könüllülər və növbəti proqramın iştirakçıları ilə görüş olub

Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi təyin olunub

Pentaqonda təhlükəli maddə ilə bağlı yanlış həyəcan siqnalı verildiyi təsdiqlənib

“Platinum Wolf - 2026” təlimində "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib

Hikmət Quliyev: Milli Qurtuluşun ən mühüm nəticələrindən biri ərazi bütövlüyümüzün tam bərpasıdır

Tramp İrana qarşı planlaşdırılan hücumları ləğv edib: Sazişin imzalanma vaxtı tezliklə açıqlanacaq

Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib

Riqada “Latviya və Azərbaycan: həyat hekayələrindən üzə çıxan tarix” kitabı təqdim olunub

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı

Azərbaycan aqrar sektorda intensiv və innovativ inkişaf mərhələsinə daxil olur - ŞƏRH

BDU-da Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qalibləri mükafatlandırılıb

Albaniya Respublikasının Baş naziri Edi Ramadan

Qambiya Respublikasının Prezidenti Adama Barroudan

Tufan Erhürman: Lefkoşa beynəlxalq təşkilatlarda müşahidəçi statusundan ŞKTC-nin maraqları naminə istifadə edir

Bu saata olan əsas xəbərlər

Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur

Aİ-nin Qazaxıstan iqtisadiyyatına yatırdığı investisiya 200 milyard dolları keçib

FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar

Viktor Santyaqo Pineda: Qarabağın bərpası inklüziv icmaların sıfırdan formalaşdırılması üçün unikal imkan yaradır – MÜSAHİBƏ

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

COP29-dan COP31-ə: Azərbaycan ilə Türkiyənin iqlim və yaşıl enerji sahəsində əməkdaşlığı

Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb

Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub

“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb

Gürcüstan DİN Ukrayna vətəndaşlarının sərhəddə saxlanılmasının səbəbini açıqlayıb

Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar

Aqrar sahənin inkişafı ölkə iqtisadiyyatının modernləşməsinə mühüm töhfə verəcək - ŞƏRH

Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Son illər Şəkidə heyvan sahiblərinə 2,7 milyon manatdan çox subsidiya ödənilib

Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir

“Zirə” milli komandanın futbolçusunu transfer edib

Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil olunub

Milli Kitabxanada “Dilimiz milli-mədəni kimliyimizin təməlidir" mövzusunda seminar təşkil olunub

Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq

“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb

İrakli Kobaxidze: Beynəlxalq maliyyə qurumları Orta Dəhlizin potensialını çox yaxşı başa düşürlər

Orta Dəhliz layihəsinə bir çox ölkə maraq göstərir - ŞƏRH

Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb

Azad olunmuş ərazilərin aqrar sektora inteqrasiyası və ölkə iqtisadiyyatına verəcəyi töhfə böyükdür RƏY

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır

Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

Agentlik: Bu il 116 mindən çox şagird məzun olur

Parklanma siyasətində aparılan dəyişikliklər nəqliyyat axınının tənzimlənməsinə nə dərəcədə təsir göstərib?

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

Azərbaycanın U-17 və U-19 yığmalarının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub

Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb

Akademik: Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb

İqtisadi Şuranın iclasında Ələt Azad İqtisadi Zonasına dair tapşırıqlar verilib

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib

“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Tomoko İida: Siqaretçəkmə nisbətinin azaldılması Azərbaycanın insan kapitalını gücləndirəcək

“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb

Qlobal enerji xəritəsini formalaşdıran Azərbaycan modeli - ŞƏRH

Qazaxıstanda QR-111 sistemi vasitəsilə uşaqlardan 167 min müraciət daxil olub

Ölkəmizin strateji əhəmiyyəti Yaponiya gündəmində

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Azərbaycan Şərqlə Qərb arasında strateji enerji körpüsü rolunu oynayan böyük geosiyasi oyunçudur - ŞƏRH

Ekspert: Startaplar üçün vahid “bir pəncərə” platforması yaradılmalıdır – ŞƏRH

Arıqlamaq üçün çay, kofe və ya şokoladlar effektlidirmi?

Dünya çempionatına buraxılmayan hakim UEFA Superkuboku uğrunda oyunu idarə edəcək

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Deputat: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni vəzifələr aqrar sahədə yeni mərhələ yaradır

Respublika Seysmoloji Xidmət Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil edilib

Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub

Azərbaycan Voleybol Federasiyasının rəsmisi Avropa Liqasının oyunlarına təyinat alıb

Ötən ay OPEC-in gündəlik neft hasilatı 18,8 milyon barelə geriləyib

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi