Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüsal Qasımlı: Xarici borcun səmərəli istifadəsi prioritetdir

Vüsal Qasımlı: Xarici borcun səmərəli istifadəsi prioritetdir

Bakı, 10 iyun, AZƏRTAC

Son günlər dünyanın aparıcı maliyyə-kredit institutları Azərbaycanla əməkdaşlığı yeni mərhələyə çıxarmaq üçün müraciətlər edib.

AZƏRTAC xəbər verir ki, məsələnin əhəmiyyətini nəzərə alaraq İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı bu mövzuda sualları cavablandırıb.

-Azərbaycanın xarici dövlət borcu hansı səviyyədədir və gələcək proqnozlar nədən ibarətdir?

- Bu ilin əvvəlinə birbaşa xarici dövlət borcumuz 8,32 milyard ABŞ dolları, dövlət müəssisələri tərəfindən cəlb edilmiş xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər isə 771 milyon dollar, ümumilikdə xarici dövlət borcu 9,1 milyard dollar olub. Bizim təhlil göstərir ki, prioritet hesab olunan layihələr maliyyələşdirildikdən sonra xarici dövlət borcunun ÜDM-ə nisbəti azalan tendensiya üzrə davam edəcək. Hətta dövlətin borc strategiyasında qeyd olunur ki, xarici dövlət borcu üzrə geri qaytarılan öhdəliklərin cəlb olunan yeni borclardan çox olması ilə tədricən bu göstəricinin azalaraq 2025-ci ildə 12 faiz olacağı proqnozlaşdırılır. İndiki halda Azərbaycanın xarici borc cəlb etməsi üçün imkanları genişdir. Bizdə xarici dövlət borcunun ÜDM-ə nisbəti 17 faiz ətrafındadır ki, bu da dünyada ən yaxşı vəziyyətdə olan onluğun sırasında olmağımızı göstərir. Müqayisə üçün deyim ki, bu göstərici üzrə dünyada lider Yaponiyadır (238 faiz). Bizim bölgədə də ölkələr üzrə xarici dövlət borcu ÜDM-in orta hesabla 40 faizindən çoxdur. COVID-19 pandemiyası səbəbindən Beynəlxalq Valyuta Fondu (BVF), Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Böyük 20-lik və sair qurumlara borc üçün müraciət edən ölkələrin sayı 150-yə çatıb, artıq müflis elan edilən ölkələr var. Dünyada yeni borc dövrü başlayır.

Azərbaycanda ötən il dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər 6,2 faiz olub ki, bu da borc strategiyasında nəzərdə tutulan 15 faizdən əhəmiyyətli şəkildə aşağıdır. Dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmət üçün yaradılan Təminat Fondu ciddi bir institusional bazadır.

Dövlət borcu strategiyasında 2018-2025-ci illər üzrə ümumi dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddinin 30 faizdən çox olmaması hədəflənir ki, Azərbaycanda bu göstərici 20 faizin ətrafındadır. Dəyişkən faiz dərəcəsi ilə cəlb olunan borcun ümumi portfeldə payı da strategiyada nəzərdə tutulduğundan aşağı həddədir və bu da faiz risklərini aşağı salır. Azərbaycanın xarici dövlət borcunun və strateji valyuta ehtiyatlarının əhəmiyyətli hissəsinin eyni valyutada - ABŞ dollarında saxlanılması da valyuta risklərimizi azaldır.

-Dünyada borclanma ilə bağlı son vəziyyəti necə şərh edərdiniz?

- Qlobal olaraq dövlət borclarının bu il ərzində 13 faiz bəndi qədər artaraq dünya ÜDM-nin 83 faizindən 96 faizinə qalxacağı proqnozlaşdırılır. Azərbaycanda bu göstərici orta dünya səviyyəsindən 5 dəfə aşağıdır. Eyni zamanda, fiskal balansın inkişaf etməkdə olan ölkələrdə kəskin mənfi olacağı, orta gəlirli və aşağı gəlirli ölkələrdə isə müvafiq olaraq ÜDM-in -9,1 və -5,7 faizinə qədər düşəcəyi gözlənilir.

İnkişaf etməkdə olan ölkələrin qeyri-rezidentlərinin portfelindən maliyyə çıxarılmaları bu il yanvarın sonlarından başlayaraq artım tendensiyası ilə 100 milyard dollara çatıb. Qlobal faiz dərəcələrinin çox aşağı olmasına baxmayaraq, inkişaf etməkdə olan ölkələrin əksəriyyəti üçün borclanmanın xərci artıb: inkişaf etməkdə olan ölkələrin suveren istiqrazları üzrə kredit spredi ilin əvvəlindən aprel ayına qədər iki dəfədən çox artaraq 600 bps-ə (6 faiz) çatıb. BVF-yə 100-dən çox ölkə sürətli maliyyələşdirmə alətindən (RFİ) istifadə edərək təcili maliyyə yardımı almaq üçün müraciət edib.

Bundan başqa, BVF tərəfindən Dünya Bankının Beynəlxalq İnkişaf Assosiasiyasına daxil olan 76 inkişaf etməkdə olan ölkə və 13 ada ölkəsinə, eyni zamanda, 25 ən yoxsul ölkəyə borcların restrukturizasiyası və ödəmələrin qismən saxlanılması təklif olunub.

- Bəzən belə bir sual yaranır. Niyə Azərbaycanın strateji valyuta ehtiyatları ola-ola xaricdən borc cəlb edilir? Bu məntiqi izah edə bilərsiniz?

- Məsələn, 2019-cu ildə dövlət büdcəsi hesabına imzalanmış kredit müqavilələrinin faiz dərəcəsi Euribor və LİBOR stavkası əsasında müəyyənləşib. Nəzərə alanda ki, hər iki indeks hazırda mənfi işarəyə malikdir, yeni kreditlər üzrə faiz dərəcəsi 1 faizin altındadır. Əlbəttə, burada valyuta riskini də nəzərə almaq lazımdır. Müqayisə üçün deyək ki, 2019-cu ildə Dövlət Neft Fondunun portfelinin ümumi gəlirliliyi daha yüksək həddə olub - 5,3 faiz. Təsəvvür edin ki, ötən il biz xarici vəsaiti 0-1 faiz xərclə cəlb etdiyimiz halda, xaricdə yerləşdirilən aktivlərimizdən 5,3 faiz qazanırıq. Aradakı təxminən 5 faizlik fərq bizim qazancımızdır. Üstəlik nəzərə almaq lazımdır ki, ötən il Fransa İnkişaf Agentliyi və Asiya İnkişaf Bankından cəlb etdiyimiz kreditlərin 3-6 il güzəşt dövrü var.

Dünyanın aparıcı maliyyə institutları ilə əməkdaşlıq ölkəmizin tədiyyə qabiliyyəti və etibarlı partnyor kimi imicini gücləndirir. Eyni zamanda, bu yolla beynəlxalq standartların tətbiqi, yaxşı təcrübələrin öyrənilməsi, şəffaflıq və hesabatlılıq, həmçinin səmərəlilik sahəsində irəliləyiş əldə edirik. Azərbaycana sərmayə qoyan ciddi investorlar həm də ölkəmizin inkişafında maraqlı olurlar, bu isə əlavə qarantiyalar deməkdir. Xaricdən cəlb edilən vəsaitin tədiyyə balansına, fiskal balansa və yerli valyuta bazarına müsbət təsirlərini də qeyd etmək lazımdır. Hətta Asiya İnkişaf Bankının ayıracağı bəzi kreditlərin manatla ifadə olunması mümkündür, bu da yerli valyutaya inamı gücləndirir.

Amma bütün hallarda xaricdən cəlb olunan kreditlər o dərəcədə səmərəli istifadə olunmalıdır ki, gəlirlilik səviyyəsi həm xərcləri bağlasın, həm də ölkə üçün əlavə dəyər yaratsın. Xarici borcdan səmərəli istifadə əsas prioritet olmalıdır.

-Sizcə xarici kreditlərdən nə dərəcədə səmərəli istifadə olunur?

- Məsələn, Asiya İnkişaf Bankı müxtəlif ölkələrdə öz layihələrinin uğur dərəcəsini qiymətləndirir. Azərbaycanda bu göstərici 80 faizdir və bu, regionumuz üçün yaxşı göstəricidir. Müqayisə üçün deyim ki, bu göstərici Gürcüstanda 75 faiz, Qırğızıstanda 67,6 faiz, Özbəkistanda 65,5 faiz və Qazaxıstanda 53,8 faizdir. Amma bu hal bizdə arxayınlıq yaratmamalıdır, mütəmadi olaraq xarici borcun səmərəli istifadəsi təhlil olunmalıdır.

Xarici borcun düzgün idarə olunması ölkənin taleyini həll edir. Bir haşiyəyə çıxım: Ötən əsrin 70-ci illərinin sonunda Meksika böyük neft ehtiyatları tapanda, dərhal xarici borclanmaya gedən Jose Lopez ölkəsini tezliklə modernləşdirəcəyinə inandığı halda, 1982-ci ildə Meksika müflis elan olundu. Ardınca Latın Amerikası ölkələri itirilmiş onilliklə üzləşdilər. Son çıxışında prezident deyib ki, “Mən gəmiyə cavabdeh idim, tufana yox!” Amma tufanlar reallıqdır. Buna görə də Azərbaycanda borc strategiyası qəbul edilib, buna uyğun məzənnə riski, faiz riski, təkrar maliyyələşmə riski və əməliyyat riski təhlil edilir. Dövlət borcunun idarə olunmasında əsas məqsəd dövlət borcunun dayanıqlığını təmin etməklə ÜDM-ə nisbətin tədricən azaldılmasına nail olmaqdır. Bu isə ortamüddətli dövrdə dövlət borclarının idarə edilməsinin strateji çərçivəsinin yaradılmasını, habelə xərc və risklərin müvafiq tarazlığı nəzərə alınaraq, ən optimal maliyyə alətlərinin seçilməsini tələb edir. Dövlətin zəmanət vermədiyi, amma dövlət qurumları tərəfindən götürülən xarici borcların da səmərəli istifadəsi vacib istiqamətlərdəndir.

-Azərbaycana kredit verilməsi üçün beynəlxalq maliyyə qurumları niyə bu qədər maraqlıdır?

-Azərbaycanın ÜDM-ə nisbətdə aşağı borc səviyyəsi və yüksək strateji valyuta ehtiyatları ölkəmizin tədiyyə qabiliyyəti barədə bir rəy yaradır. Təsəvvür edin ki, bu gün dövlətin strateji ehtiyatları onun xarici borcundan 5 dəfə çoxdur. Üstəlik, ölkədə ictimai-siyasi, iqtisadi və sosial sabitlik, aydın ifadə olunmuş siyasi iradə və perspektivlər xarici borclar üçün risk səviyyəsini aşağı salır. Region üçün yüksək sayıla biləcək kredit reytinqlərimiz də qiymətli kağızların emissiyasına, dövlət zəmanətli kreditlərin faizinin və sığorta mükafatlarının azalmasına səbəb olur.

Kommersiya banklarının xalis xarici aktivləri 2016-cı ildə mənfi işarə ilə 4 milyard manatdan hazırda müsbət işarə ilə 4 milyard manata çatıb. Üstəlik, kommersiya banklarının xarici öhdəliklərin məcmu aktivlərə nisbəti də 2016-2020-ci illərdə 211 faizdən 27 faizədək azalıb.

Bütün hallarda Azərbaycan xarici borclanmanı fiskal dayanıqlığın tərkib hissəsi kimi nəzərdən keçirir və səmərəlilik prinsipini əsas götürür. Beləliklə, dünya dövlətlərinin əksəriyyəti xarici borc üçün müraciət etdiyi halda, Azərbaycana aparıcı maliyyə qurumları özləri belə bir təkliflə çıxış edir.

-Pandemiyanın bu ilin dövlət büdcəsinə təsirini necə qiymətləndirirsiniz?

-Bu istiqamət hökumətin diqqət mərkəzindədir. Pandemiyanın yaratdığı xərclər, eyni zamanda, müvəqqəti vergi rejiminin gəlirlərə təsirləri təhlil edilir. Büdcə qanunvericiliyinə əsasən dövlət büdcəsinin icrası prosesində birdəfəlik təyinatlı vəsaitlər üzrə hesabat ili ərzində yaranmış qənaət dövlət büdcəsinin ehtiyat fonduna yönəldilərək il ərzində digər tədbirlərin maliyyələşdirilməsinə sərf edilə bilər. Bu hal imkan verir ki, pandemiyanın təsirləri dövlət büdcəsinin icrası zamanı nəzərə alınsın. Yeri gəlmişkən, ötən il də inqilabi sosial paket icra olunan zaman birdəfəlik təyinatlı vəsaitlər üzrə qənaət dövlət büdcəsinin ehtiyat fonduna yönəldilib və fonddan 1,4 milyard manatadək istifadə olunub. Bu zaman nəzərə almaq lazımdır ki, dövlət büdcəsinin ehtiyat fondunun vəsaitinin həcmi dövlət büdcəsi gəlirlərinin 5 faizindən çox olmamaqla əvvəlki ildə bu fondun xərcinin faktiki icrası nəzərə alınmaqla müəyyən edilir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Axios”: Vitkoff və Kuşner oktyabrın sonunda Moskvaya səfər edə bilər

İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq edəcək

“Politico”: ABŞ 100 min ukraynalı qaçqını ölkədə qalmaq hüququndan məhrum edə bilər

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox insan saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb