Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzi açılmışdır VIDEO

Vyana, 13 may (AZƏRTAC). Xəbər verdiyimiz kimi, mayın 13-də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı olmuşdur. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.

Dövlətimizin başçısı Mərkəzin açılışını etdi.

Prezident İlham ƏLİYEV mərasimdə çıxış edərək dedi:

- Hörmətli xanımlar və cənablar!

Əziz dostlar!

Bu gün əlamətdar gündür. Bu gün Azərbaycan Prezidentinin Avstriyaya rəsmi səfəridir. Səfər zamanı biz birlikdə Vyanada Azərbaycan Mədəniyyət Mərkəzini açırıq. Bu, bizim münasibətlər tarixində əlamətdar bir hadisədir. Çünki dünya mədəniyyətinin paytaxtında belə Mədəniyyət Mərkəzinin açılışı həqiqətən də bizim üçün çox əhəmiyyətlidir.

Səhər tezdən həmkarımla, cənab Prezidentlə birlikdə fəal danışıqlar, fikir mübadiləsi aparmışıq. Biz iqtisadi, siyasi, təhsil, turizm və mədəniyyət sahələrində müzakirələr apardıq və Avstriya ilə Azərbaycan arasında münasibətlərin necə inkişaf etməsi ilə bağlı tam qarşılıqlı anlaşma əldə etdik. Biz real tərəfdaşlarıq, dostlarıq.

Bu gün biz dostluq və tərəfdaşlıqla bağlı siyasi Bəyannamə imzalamışıq. Bəyannamənin adı bizim ikitərəfli münasibətlərə necə yanaşdığımızı göstərir. Bizim hər iki ölkədə olduqca səmərəli əməkdaşlıq edən çox fəal işgüzar dairələrimiz vardır.

Bu gün mən, həmçinin Prezident Fişerlə birlikdə biznes forumda da iştirak etdim. Biz bir daha işgüzar qrupları yaxın olmağa, səmərəli şəkildə fəaliyyət göstərməyə, daha çox layihələr həyata keçirməyə ruhlandırdıq. Siyasi əlaqələr, güclü iqtisadi əməkdaşlıq və gələcəkdə görüləcək bir çox işlərin olması ilə yanaşı, biz ölkələrimiz arasında çox mühüm mədəni aspektləri görməkdən şadıq.

Dünən axşam nümayəndə heyətimiz Vyanaya çatan kimi biz böyük bəstəkarımız Üzeyir Hacıbəylinin 2006-cı ildə ucaldılmış abidəsini ziyarət etdik.

Mən, həmçinin iki il əvvəl Prezident Fişerlə birlikdə iştirak etdiyimiz Bakının mərkəzi parklarından birində böyük Avstriya bəstəkarı Motsartın abidəsinin açılış mərasimini xatırladım. İndi biz Azərbaycan Mədəniyyət Mərkəzinin açılışını edirik.

Bugünkü müzakirələrdə, həmçinin məmnunluqla bildirdik ki, bizi təkcə infrastruktur, enerji və tikinti layihələri birləşdirmir. Bu gün mən bir neçə dəfə qeyd etdim ki, Azərbaycanın, Bakının rəmzi olan Qız qalası avstriyalı mütəxəssislər tərəfindən bərpa olunur. Bu, qarşılıqlı etimadın, qarşılıqlı hörmətin və fəal əməkdaşlığın səviyyəsidir.

Mən əminəm ki, bizim müstəqilliyimiz dövründə açılan yalnız ikinci Azərbaycanın Mədəniyyət Mərkəzi olan bu mərkəz, ilk növbədə Azərbaycan mədəniyyətini avstriyalılara təqdim edəcək, eyni zamanda, bu, ziyalılar, siyasətçilər, ictimai xadimlər arasında görüşlərin keçirildiyi yer olacaqdır. Bu, bir növ Vyananın mərkəzində, özlüyündə dünya irsi olan bu gözəl şəhərdə Azərbaycan evi olacaqdır.

Azərbaycan nisbətən yeni müstəqil ölkədir. Biz 21 ildir müstəqil dövlət kimi yaşayırıq. Lakin bizim böyük tariximiz, mədəniyyətimiz, ənənələrimiz, ədəbiyyatımız, musiqimiz, xalçalarımız vardır. Yeri gəlmişkən, Bakıdakı Müasir Xalça Muzeyi də Avstriya şirkətləri tərəfindən tikilir. Mən hamını burada görməyə çox şadam. Mən burada çoxlu dostlar, həmçinin Avstriyadakı Azərbaycan icmasının nümayəndələrini görürəm və ümid edirəm ki, bu Mədəniyyət Mərkəzi həmişə insanlarla, dostlarla dolu olacaq və bizim əlaqələrin mədəni aspekti - ölkələrimiz və xalqlarımız arasında güclü dostluq və tərəfdaşlıq əlaqələrini möhkəmləndirəcəkdir.

Əlaqələrimizin tarixindəki bu əlamətdar hadisə ilə əlaqədar hamınızı təbrik edirəm və mərkəzə gələcəkdə uğurlar arzulayıram. Təşəkkür edirəm.

X X X

Ölkələrimiz arasında dostluq münasibətlərinin hökm sürdüyünü vurğulayan Avstriya parlamentinin vitse-spikeri Frids NOYQEBAUER dedi:

- Xanımlar və cənablar!

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin açılışında iştirak etmək imkanımın olması mənim üçün şərəfdir.

Ölkələrimiz arasında dostluq və səmimi münasibətlər vardır. 2011-ci ilin oktyabrında Prezident Haynts Fişerin Bakıya səfər etməsi, bu ilin martında mənim parlament nümayəndə heyəti, avstriyalı dostlarımla Bakıya səfər edərək, cənab Prezidentlə görüşmək şərəfinə nail olmağım və Zati-aliləri, Sizin Vyana səfəriniz bunun bariz nümunəsidir.

Əminəm ki, siyasi və işgüzar əlaqələr çox vacibdir. Lakin ən vacibi mədəniyyət sahəsində dialoqdur. Mədəniyyət xalqları bir araya gətirir, bir-birini anlamağa yardım edir və yeni üfüqlər açır.

Sizin ölkəniz və BMT Sivilizasiyalar Alyansı iki həftədən sonra - mayın sonu, iyunun əvvəlində Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Bakıda keçirilməsi ilə bağlı tərəfdaşlıq edir. Forumda əsas diqqət mədəni müxtəliflik və birgə yaşamanı təbliğ edən əməli təşəbbüslərə yetiriləcəkdir. Azərbaycan Vyanada mədəniyyət sahəsində kifayət qədər fəaldır.

Sabah Vyanada ilk dəfə “Bakıya uçuş” sərgisi açılacaqdır. Bu yer Vyananın mərkəzindədir. Yeni Mədəniyyət Mərkəzi müxtəlif mədəniyyət tədbirlərində fəal iştirak edəcək, mübadilə üçün yeni forum olacaq və mədəniyyət sahəsində dialoq və mübadiləyə stimul verəcəkdir. Çox sağ olun.

X X X

Mərasimdə Avstriya ictimaiyyətinin nümayəndələri, diaspor təşkilatlarımızın üzvləri, azərbaycanlı tələbələr dövlətimizin başçısı ilə görüşlərində bu Mədəniyyət Mərkəzinin yaradılmasının ölkəmiz üçün çox əhəmiyyətli hadisə olduğunu bildirdilər. Onlar Azərbaycanın diaspor siyasətinin həyata keçirilməsində bu cür mədəniyyət ocaqlarının açılmasının əhəmiyyətini vurğuladılar.

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzi Prezident İlham Əliyevin 2012-ci il 16 noyabr tarixli Sərəncamı əsasında Avstriyada ölkəmizin mədəniyyətini təbliğ etmək məqsədilə yaradılmışdır. Burada Avstriya ictimaiyyətinin Azərbaycanı yaxından tanıması üçün respublikamızın zəngin mədəniyyəti, incəsənəti və turizm imkanları barədə müxtəlif tədbirlərin təşkil olunması nəzərdə tutulmuşdur. Mərkəzin fəaliyyət istiqamətlərinə Azərbaycan dili kurslarının təşkili, müraciət edənlərə Azərbaycan müəlliflərinin əsərlərinin toplandığı zəngin kitabxana və mediateka ilə xidmət göstərmək də daxildir. Bu mədəniyyət ocağının kitabxanasında qonaqlar Nizami Gəncəvinin, Nəsiminin, Məhəmməd Füzulinin və Azərbaycan ədəbiyyatının digər klassiklərinin, həmçinin müasir ədəbiyyatımızın görkəmli yazıçı və şairlərinin əsərləri ilə tanış ola biləcəklər. Mərkəzdə mütəmadi şəkildə təşkil olunacaq musiqi axşamlarının iştirakçıları Azərbaycan xalq musiqisi ilə yanaşı, Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov və digər tanınmış bəstəkarların əsərlərinin səslənəcəyi konsert proqramlarını dinləmək imkanı əldə edəcək, Azərbaycan muğamlarından zövq ala biləcəklər. Mədəniyyət Mərkəzində təşkil olunacaq sərgilərdə Azərbaycanın rəngkarlıq, heykəltəraşlıq və tətbiqi xalq sənətinin ən maraqlı nümunələri sənətsevərlərin sərəncamına veriləcəkdir. Mərkəzin yaradılmasında başlıca məqsədlərdən biri də Avstriyanın mədəniyyət və turizm qurumları, kütləvi informasiya vasitələri ilə əməkdaşlığı inkişaf etdirmək, eləcə də bu ölkədə fəaliyyət göstərən digər dövlətlərin mədəniyyət mərkəzləri ilə sıx əlaqələr quraraq mədəniyyətlərarası dialoqa töhfə verməkdir.

Vyanada yaradılan Mədəniyyət Mərkəzi Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkəmizin xaricdə tanıdılması istiqamətində həyata keçirdiyi növbəti mühüm tədbirlərdən biridir. Yeni, mədəniyyət ocağı da bu sahədə aparılan işlərin gücləndirilməsinə, vahid mərkəzdən idarə olunmasına və daha səmərəli fəaliyyətin qurulmasına geniş imkanlar açır.

Xatırladaq ki, bundan əvvəl xaricdə ilk Azərbaycan Mədəniyyət Mərkəzi ötən ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə Parisdə açılmışdı.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin fəxri qonaqlar kitabına ürək sözlərini yazdılar.

Sonda xatirə şəkli çəkdirildi.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər