Vyanada miqrasiya siyasətinə həsr olunmuş beynəlxalq konfrans keçirilir
Vyana, 19 oktyabr, AZƏRTAC
Oktyabrın 19-da Vyanada Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (MSİBM) təşkilatçılığı ilə miqrasiya sahəsində tərəfdaşlığa həsr olunmuş beynəlxalq konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, ikigünlük konfrans “Miqrasiya tərəfdaşlığının yenidən müəyyənləşdirilməsi: çağırışlar, imkanlar və strategiyalar“ mövzusuna həsr edilib. Konfransda pandemiya və postpandemiya dövrlərində Avropaya miqrasiya marşrutları üzərində yerləşən ölkələr arasında tərəfdaşlığın inkişafı diqqət mərkəzində olacaq. Pandemiya ilə əlaqədar ötənilki konfrans virtual formatda baş tutsa da, bu il konfrans hibrid formada (canlı və virtual iştirak) keçirilir.
Tədbirdə Şərqi Aralıq dənizi regionundan keçən miqrasiya marşrutu boyunca yerləşən ölkələrlə Qərbi Balkan ölkələri arasında tərəfdaşlığın gücləndirilməsinə dair fikir mübadiləsi aparılacaq. Müxtəlif ölkələrin miqrasiya sahəsinə məsul nazirləri, dövlət rəsmiləri, ekspertləri ilə yanaşı, beynəlxalq qurumların təmsilçiləri də konfransa qatılıblar.
Qeyd edək ki, 19 üzv ölkədən ibarət Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz 1993-cü ildə təsis olunub. Bu beyin mərkəzinin əsas məqsədi miqrasiya ilə bağlı çağırışlara həll yollarının tapılmasında üzv ölkələri dəstəkləməkdir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]