“WhatsApp”da pulköçürmə funksiyası daha bir ölkədə əlçatan olub
Bakı, 6 may, AZƏRTAC
“Facebook” şirkəti daha bir ölkədə “WhatsApp” messenceri üzərindən pulköçürmə funksiyasını əlçatan edib. İndi yalnız Hindistan sakinləri deyil, həmçinin Braziliya vətəndaşları bu imkandan yararlana bilərlər. Amma “WhatsApp Pay” funksiyası hələ ki, istifadəçilərin bir hissəsinə əlçatandır.
AZƏRTAC xarici saytlara istinadən xəbər verir ki, messencerin nümayəndələri yaxın vaxtlarda daha çox istifadəçinin yeni funksiyaya giriş imkanı əldə edəcəyini bildiriblər. “9to5Mac” nəşri yazır ki, pulköçürmə sisteminin daxilində komissiya yoxdur.
“WhatsApp Pay” funksiyasında yeganə məhdudiyyət pul köçürülməsinə qoyulmuş limitdir. İstifadəçi bir dəfəyə 184 dollardan çox pul göndərə bilməz. Pul köçürülməsi və qəbulu üçün aylıq limit 920 dollardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [22:48]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:27]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [21:40]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:30]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [17:29]