MƏDƏNİYYƏT
“Xaç atası” filminin ulduzu vəfat edib
Bakı, 8 iyul, AZƏRTAC
“Xaç atası” filmində mafioz Sonni Korleone obrazının ifaçısı aktyor Ceyms Kaan 82 yaşında vəfat edib.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə aktyorun ailəsi məlumat verib.
Frensis Ford Koppolanın “Xaç atası” filmindəki Don Korleonenin (Marlon Brando) böyük oğlu, qızğın xasiyyətli Sonni Korleonenin rolu sayəsində Amerika Kino Akademiya mükafatına namizədliyi C.Kaan üçün əlamətdar olub. Aktyorun canlandırdığı obrazın filmdə güllə yağışı altında ölümü də kinematoqrafiyada ən yaxşı səhnələrdən biri hesab olunur.
Qeyd edək ki, C.Kaan 1970-ci illərin əvvəllərində tanınmağa başlayıb. O, bioqrafik idman dramı olan “Brayan musiqisi” filmində ölümcül xərçəng xəstəliyinə tutulmuş “Çikaqo bears” futbolçusu Brayan Pikkolonu canlandırdığı üçün “Emmi” mükafatına layiq görülüb. Ölümü ərəfəsində aktyor Ceyms Kaan bir neçə filmdə çəkilirdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.07.2024 [18:55]
Nyu-Yorkda İpək Yolu Festivalı keçirilib
- 01.07.2024 [17:47]
Mədəniyyət naziri Gədəbəydə vətəndaşları qəbul edəcək
- 01.07.2024 [17:43]
Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirici seminar keçirilib
- 01.07.2024 [17:02]
“Dərələyəzim” əsəri Topkapı sarayında
- 01.07.2024 [16:43]
Əmək qanunvericiliyinə dair təlim yekunlaşıb
- 01.07.2024 [16:05]
Viktoriya və Albert Muzeyində müğənni Teylor Sviftlə bağlı sərgi açılacaq
- 01.07.2024 [15:38]
Sertifikatlar sahiblərinə təqdim olunub
- 01.07.2024 [15:30]