RƏSMİ XRONİKA
Xaçmazda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət VİDEO
Xaçmaz, 19 iyul (AZƏRTAC). İyulun 19-da Azərbaycan Prezidenti İlham Əliyev respublikamızın şimal bölgəsinə səfəri çərçivəsində Xaçmaz rayonuna gəlmişdir.
Dövlətimizin başçısı əvvəlcə Xaçmaz şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev məlumat verdi ki, Heydər Əliyev Parkı son illər sakinlərin istirahət üçün ən çox üz tutduqları məkanlardan birinə çevrilmişdir.